Azər Cəfərov: “Azərbaycan Qafqaza və dünyaya yeni mesajlar verir” MÜNASİBƏT
“Aprel ayının 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilməsi və orada dünyanın 23 ölkəsindən 40 nəfər nüfuzlu nümayəndələrinin iştirak etməsi, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdəki əhəmiyyətini sübuta yetirir”. Bu fikirləri SİA-ya YAP Masallı rayon təşkilatının Təzə Alvadı ərazi partiya təşkilatının sədri Azər Cəfərov mövzu ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfransda iştirakı və geniş xarakterli nitqi, eləcə də ayrı-ayrı nüfuzlu politoloqların, siyasi analitiklərin verdikləri suallara tam aydın şəkildə cavab verməsi, habelə regionun yaxın perspektivləri ətrafında səhih proqnozlarını irəli sürməsi nəinki Qafqaza, həm də dünyaya verilən sülh və tərəqqi mesajları kimi qiymətləndirilə bilər.
“Cənab Prezident İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv məsələlərdən, qarşıda dayanan çağırışlardan danışarkən bu gün hər birimizin diqqətlə izlədiyi proseslər ətrafında olduqca qətiyyətli mövqeyini nümayiş etdirib”, deyən Azər Cəfərov xatırladıb ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda başqa heç bir çıxış yolunun olmadığını anlayan Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul etmək məcburiyyətində qalıb: “Söz yox ki, bu prinsiplər, təkliflər və şərtlər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcəkdir. O cümlədən, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına da razılıq verib. Bütün bu reallıqlar onu göstərir ki, əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaqdır. Beləliklə, Azərbaycan yeni reallıqları önə sürməklə əslində regionumuzun inkişaf və sülh gündəliyini təqdim etmiş olur”.
Ərazi partiya təşkilatının sədri eyni zamanda əlavə edib ki, Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib: “Bu isə təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza, eləcə də regionumuzun inkişafında maraqları olan ölkələrə aid olan məsələdir. Əbəs deyil ki, cənab İlham Əliyev öz çıxışında Ermənistanın da bu kimi məsələlərdə hansı seçim edəcəyi məqamlarına da toxunub. Əgər Ermənistan Cənubi Qafqazın ümumi təhlükəsizliyinə töhfə verməsə, kənarda qalsa, bu ölkə bir ada kimi təcrid olunmağa davam edəcək, hər şeydən çox özü ziyan çəkəcək. Dövlətimizin başçısı eyni zamanda quruculuq işlərində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edərək, özünün baxışını, sülhsevər siyasətini qeyd edib. Bütün bunlar isə göstərir ki, Azərbaycan regionun aparıcı dövləti kimi Cənubi Qafqazın ən başlıca ölkəsidir. Onun iştirakı olmadan burada nə inkişaf, nə də əməkdaşlıq mümkündür”.
Azər Cəfərov eyni zamanda vurğulayıb ki, Prezident İlham Əliyev erməni hakimiyyətinin və xalqının reallıqları dərk etdiyini vurğulayıb və sülhün onlar üçün nə qədər əhəmiyyətli olduğunu deyib: “Ermənilər dərk edib ki, sülh onlar üçün nə qədər vacibdir. Hazırda bütün radikal, revanşist qüvvələrlə yanaşı sülh çağırışları da vardır. Təsadüfi deyil ki, ABŞ və digər ölkələrdən müraciət edənlər Azərbaycan Respublikasının Prezidentini təqdir etdilər, dəstəklədilər. Hətta təklif edildi ki, belə bir konfrans gələcəkdə Laçın şəhərində keçirilsin. Çünki möhtərəm Prezidentimiz bildirdi ki, gələcəkdə Ağdam, Füzuli və digər ərazilərdə də bu cür görüşlər, konfranslar keçirmək mümkündür. Bu, çox real bir məsələdir. Məhz bu gerçəkliklərdən çıxış edərək nəticəyə gələ bilərik ki, bu konfrans olduqca əhəmiyyətlidir və mühümlük təşkil edir. Təsadüfi deyil ki, bütün nümayəndələr Azərbaycanı, belə bir forumun keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər. Yəni bu faktor bir daha isbat edir ki, Azərbaycan dövləti artıq regional liderlikdən beynəlxalq liderliyə doğru sürətlə irəliləməkdədir”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB