YAP Quba rayon təşkilatında "Zəfər Qurultayı" adlı tədbir keçirilib
YAP Quba rayon Qaraçay ərazi partyi təşkilatında "Zəfər Qurultayı" adlı tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbirdə YAP Quba rayon təkilatının sədri Fidan Hüseynova, Qaraçay ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev, Qaracay kənd tam orta məktəbinin direktoru Səlimə Nəcəfova, ərazi partiya təşkilatının fəal üzvüləri iştirak etmişdir.
YAP Quba rayon təşkilarının sədri Fidan Hüseynova çıxış edərək bildirdi ki, Dünya Azərbaycanlılarının V Qurultayının Zəfərimizin rəmzi olan Şuşada keçirilməsi siyasi əhəmiyyətə malik olan hadisə kimi tarixə yazıldı. Hər bir azərbaycanlı üçün qürurverici tədbir olan Zəfər Qurultayı 30 ildən sonra Şuşada Dünya Azərbaycanlılarını bir araya gətirərək Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəylimizin növbəti təsdiqi oldu. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırdı. Soydaşlarımızın qədim, azad Şuşanı görmək, gəzmək arzusuna imkan verən qurultay uzun illər təkcə tədbir iştirakçılarının deyil, həmçinin xalqımızın xatirəsində yaşayacaq .
F.Hüseynova V qurultayda Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin geniş və məzmunlu nitqinə istinadən bildirdi ki, Azərbaycan dünyaya necə sülhsevər olmağı, tolerantlığı səbri- təmkini və qətiyyəti nümayiş etdirməklə yanaşı, vətənini, torpağını sevməyi qorumağı, ona əl uzadanın, düşmən gözü ilə baxanların layiqli dərsini verməyi də nümayiş etdirdi. Dünyanın mədəniyyət incilərindən olan qədim Şuşamızda bu cür təntənəli tədbirin keçirilməsi həm də ermənilərin bu vaxtadək tarixə saxtakarcasına yamaq edilmək xülyalarını məhv etdi. Daha sonra çıxış edən Qaracay ərazi partiya təşkilatının sədri Bariz Allahverdiyev, Qaracay kənd tam orta məktəbinin direktoru Səlimə Nəcəfova bildiriblər ki, dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi hər bir azərbaycanlının reallaşan arzusudur. Azərbaycan xalqı Cənab Prezidentin rəhbərliyi ilə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB