Regiona diqtə edən güclü dövlət olaraq biz bütün bunların qarşısını alacağıq - MÜSAHİBƏ
Politoloq İlyas Hüseynovun SİA-ya verdiyi müsahibəni təqdim edirik.
- Bu gün ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Cənab Prezident İlham Əliyev də bu konfransda iştirak edir. Burada bir çox məsələlər toxunub. Xüsusilə isə Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsinin əhəmiyyətini vurğulayıb. Bu konfransın əhəmiyyətini necə dəyərləndirirsiz?
- Ümumiyyətlə, biz müşahidə edirik ki, Azərbaycanın üstünlükləri olduqca artıb. Eyni zamanda bir sıra keçirilmiş tədbirlər və bunların da təbliği mühüm əhəmiyyət kəsb edir. Şuşada isə mühüm əhəmiyyətə sahib olan bir çox tədbirlər keçirilib. Bu tədbirlər Şuşanın məhz diskus platforması kimi formalaşmasına da imkan yaradır. Müxtəlif ölkələrin beyin mərkəzləri problemlərin həll olunması ilə bağlı müzakirələr aparır. Cənab Prezident də bir çox məslələrə toxunur bu görüşdə. Xüsusilə də sülh müqaviləsi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Burada Azərbaycan 5 təklif irəli sürüb və qarşı tərəf də onları qəbul edib. Baxmayaraq ki, onlar bunu istəmirdilər, amma bu təkliflər qəbul olundu. Xarici İşlər Nazirlikləri də bu məsələ üzrə tapşırıqlar alıblar. Aprelin sonuna kimi sərhədlərlə bağlı komissiya da çağrılacaq. Ermənistan üzərinə götürdüyü məsuliyyətdən isə həmişə olduğu kimi yenə də boyun qaçırır. Kütləvi məzarlığın xəritə sxeminin verilməsi, mina xəritələrinin verilməsi və s. kimi məsələlərdən yenə də boyun qaçırırlar.
- Biz bəzən ermənilərin sözlə əməllərinin üst-üstə düşmədiyini görürük. Paşinyan gələndən biz bu cür hadisələrin daha çox şahidi olmuşuq. Siz necə düşünürsüz, Paşinyan kommunikasiyaların açılmasına razılıq verməsində nə qədər səmimidir?
- Səmimiyyətinə ümumiyyətlə inanmıram. Biz hərbi təxribatları, digər neqativ halları dəfələrlə müşahidə etmişik. Paşinyan-Putin görüşü də Paşinyanın istəyinə uyğun olmayıb. Bundan sonra isə dərhal Qərbə doğru istiqamət götürdü. Bunlar yolverilməzdir. Hazırda ATƏT-in Minsk qrupu da gündəlikdən çıxıb. Həmsədrlər də buna görə öz istiqamətlərini dəyişiblər. Lakin bu da təbii ki, hər birinin öz xeyrinədir.
- Azərbaycanla Ermənistan arasındakı vəziyyət normallaşmasında gözləntilər nələrdir?
- Təbii ki, tezliklə bunun baş verəcəyini gözləmirəm. Çünki Ermənistanın arxasınsa olan qüvvələr var. Bu gün o qüvvələr barədə Rusiyadan silah daşınması, Qarabağ klanının fəaliyyəti, Ermənistan parlamentində rusların yer alması kimi məsələlərin hər biri bu prosesin hələ nə qədər uzaq olduğunu göstərir. Buna görə də bu məsələ hələ zaman tələb edir.
- Son zamanlarda Azərbaycana diplomatik səfərlər çoxalıb. ABŞ və Rusiya fəallığı müşahidə olunur. Bu fəallığın təsiri nədən ibarətdir?
- Bu və ya digər formada təsir göstərəcək. Yeni bir institut formalaşır. Nüfuz bölügüsü baxımından Cənubi Qafqaz diqqət mərkəzindədir. Rusiya və ABŞ tərəfindən müntəzəm olaraq təmsaları görürük. Bu isə onu göstərir ki, nəbz yoxlaması gələcəkdə də digər istiqamətdə öz xarakterini dəyişəcək. Bu yaxınlarda işçi qrupunun da səfəri keçiriləcək. Rusiya maraqlıdır ki, bu məsələlərdən pay alsın. Zəngəzur dəhlizi məsələləri də bu mənada daha da aktuallaşır.
- Azərbaycan və Ermənistan arasında xüsusi vasitəçilər də var. Vasitəçi olmadan bu məsələlər öz axarına düşə bilərmi?
- Əgər üç formada biz təsnifatlaşdırsaq, Rusiya, ABŞ və Brüsseldən danışmalıyıq. Burada ən unikalı, mühüm siyasi nəticələr vəd edən isə Brüssel görüşüdür. Xarici İşlər nazirləri arasında da telefon görüşləri baş tutub. Nazirlər arasında artıq ikinci dəfədir ki, telefon danışığı olub və burada heç bir vasitəçi yoxdur. Əgər heç bir vasitəçi də yoxdursa bu məhz Brüssel görüşünün əhəmiyyətini göstərir. Burada fikir mübadiləsi aparılır və gərginliyin aradan qaldırılması üçün də müxtəlif istiqamətlərdə işlərin görülməsi ilə bağlı məsələlər müzakirə edilir.
- Rusiya və Ukrayna arasında gərginlik artır. Sizcə, deyə bilərikmi Qərb Rusiyanı Ukraynada tələyə saldı?
- Əslində fevrala qədərki beynəlxalq münasibətlər başqa idi. İndi isə tamamilə başqadır. Bundan sonrakı dövrdə isə tam başqa cür formalaşacaq. Proses getdikcə uzanır. Nümayəndə heyətləri arasında görüşlər, müəyyən fikirlər, sülh istiqamətində işartılar formalaşıb. Bu çox ağrılı bir problemdir. Müddət uzandıqca məsələnin həlli də çətinləşir. Hazırda isə Ukrayna öz mövqelərini möhkəmləndirir. Eyni zamanda problemin həlli üçün çalışır.
- Hazırda üstünlük hansı tərfədədir?
- Mənəvi və psixoloji üstünlük Ukraynadadır. Amma Rusiyanın məqsədi hərbi infrastrukturu məhv edilməsinə çalışır. Yanacaq mərkəzləri, pualar və onların məhv edilməsindən sonra quru əməliyyatları ola bilər. Lakin mənəvi və psixoloji vəziyyət baxımından Ukrayna olduqca üstündür.
- Paşinyan son anda Rusiya, yoxsa Qərb modelini seçəcək?
- Təbii ki, onlar Qərb modelinin yetirməsidir. Rusiya ilə olan münasibətləri, xüsusilə də iqtisadi baxımdan bağlılıq var ki, bundan da əl çəkə bilməz. Hər ikisi arasında uğur axtarışındadır. Azərbaycan isə buna qətiyyən icazə verə bilməz. Regiona diqtə edən güclü dövlət olaraq biz bütün bunların qarşısını alacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB