Nərimanov rayonunda humanitar yardım aksiyası keçirilir - FOTOLAR
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Müqəddəs Ramazan Bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyasına başlanılıb.Aksiya çərçivəsində Nərimanov rayonu ərazisində yaşayan 50-dən çox şəhid, qazi və aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunacaq.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və Milli Məclisin deputatı Hikmət Babaoğlu təşkilatın inzibatı binasında şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildiriliblər, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıblar.Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə yanaşı Nərimanov rayonunda yerləşən ali təhsil müəssisələrindən Azərbaycan Dövlət Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti və Azərbaycan Kooperasiya Universiteti iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıblar.Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, humanitar yardım aksiyası 28-29 aprel tarixlərini əhatə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB