YAP Ağstafa rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar müsabiqə sərgisi keçirilib
27 aprel 2022-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar Ağstafa Dövlət Rəsm Qalereyasında “Rəsm və əl işləri” müsabiqə sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa Dövlət Rəsm Qalereyasının müdiri Gülgün Kərimov və müsabiqə iştirakçıları iştirak ediblər.YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək, belə müsabiqələrin əhəmiyyəti barədə ətraflı məlumat verib və bildirib ki, bunun üçün hərtərəfli şərait yaradılıb. Daha sonra hər bir iştirakçıya uğurlar arzulanaraq müsabiqəyə start verilib. Məlumat üçün qeyd edək ki, müsabiqə 12 may 2022-ci il tarixə qədər davam edəcək. Müsabiqənin sonunda qaliblər diplomlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB