Minsk qrupu 28 il - “Nəticəsi göz qabağındadır – sıfır” - TƏHLİL
Prezident İlham Əliyev: "Yubiley keçirib pensiyaya gedəcəkdilər, fürsətləri olmadı"
Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında çıxış edərkən bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı tədbir iştirakçılarına Qarabağ münaqişəsi, onun tarixi, 1990-cı illərin əvvəllərində xarici qüvvələrin fəal dəstəyi ilə ermənilər tərəfindən torpaqlarımızın işğal altına düşməsi və 30 ilə yaxın müddətdə Azərbaycanın sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmə cəhdləri, onların uğurla nəticələnməməsi barədə geniş məlumat verib.
Prezident qeyd edib ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər, ancaq bunun heç bir mənası yoxdur. Çünki Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur: "Vasitəçilərə gəldikdə, əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır.
Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır: "2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdır. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur. Çünki Ermənistanın yeni rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələndə həm Minsk qrupunda, həm, - onu da açıq deməliyəm, - bizdə də bəzi ümidlər var idi ki, indi kriminal xunta rejim artıq devrildi və hakimiyyətə gələn yeni nəsil siyasətçilər reallığı dərk edəcəklər, anlayacaqlar ki, Azərbaycanla mübarizə aparmaq, müharibə aparmaq onların iqtidarında deyil. Demək olar ki, bir il ərzində aparılan fəal danışıqlar bu fikri daha da gücləndirirdi. Ancaq 2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinə son qoyuldu və bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür. Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq".
"BİZ BUNDAN SONRA ANCAQ VƏ ANCAQ GÜCLƏNƏCƏYİK VƏ POSTMÜHARİBƏ DÖVRÜ BUNU BİR DAHA GÖSTƏRDİ"
Dövlət başçısı onu da bildirib ki, həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim gücümüzü göstərdi: "Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq il yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı".
"FAKTİKİ OLARAQ MİNSK QRUPU ONDAN SONRA, HƏTTA GÖRÜNTÜ NAMİNƏ HƏR HANSI BİR FƏALİYYƏT GÖSTƏRƏ BİLMƏDİ"
Prezident İlham Əliyev Minsk qrupunun bundan hətta görüntü naminə hər hansı bir fəaliyyət göstərə bilmədiyini bildirib: "Ancaq Ermənistan rəhbərliyi daha uzağa getdi. Ondan sonra bizə qarşı açıq təhdidlər dilə gətirildi. Yeni torpaqlar uğrunda yeni müharibə ilə bizi hədələdilər. Amma yenə də beynəlxalq ictimaiyyət buna susdu. Bu, açıq təhdiddir. Özü də işğalçı dövlət tərəfindən işğala məruz qalan dövlətə qarşı növbəti təhdiddir. Yəni, bizi növbəti işğalla hədələyirdilər. Ancaq nə BMT, nə ATƏT, nə başqa təşkilatlar, nə Minsk qrupu heç bir açıqlama verməmişdi», deyən dövlət başçısı işğalçı bundan ruhlanaraq daha da azğınlaşdı və faktiki olaraq Ermənistan tərəfindən onilliklər ərzində uydurduğu mifologiyaya inanmağa başladılar: «Ancaq biz bu mifologiyanı darmadağın etdik, cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq, Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir. Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi".
"BİZ BUNDAN SONRA ANCAQ VƏ ANCAQ GÜCLƏNƏCƏYİK VƏ POSTMÜHARİBƏ DÖVRÜ BUNU BİR DAHA GÖSTƏRDİ"
"Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim gücümüzü göstərdi. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq il yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq»,-deyən dövlət başçısı vurğuladı ki, aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər: "BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı".
Azərbaycan Prezidentinin fikrincə, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupuna verilən mandat de-yure qüvvədə qalsa da, de-fakto qüvvədən düşmüş sayıla bilər: "Minsk Qrupu 28 il fəaliyyət göstərib və “nəticəsi göz qabağındadır – sıfır”.
MİNSK QRUPU BUNDAN SONRA YADDAŞLARDA ARXİV MATERİALI KİMİ QALACAQ
Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Prezident İlham Əliyevin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəkm çıxışnda bu qurumun mandatının artıq de-fakto etibarsız olduğu haqqında fikri bu günün reallığıdır: "ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər".
Beləliklə, ATƏT yalnız vaxt aparmaqla məşğul idi. Lakin ötən illər ərzində Minsk qrupu necə ki, bizə ümid verib, heç bir fəaliyyət həyata keçirtmədiyi kimi bizdə onlara toxunmadan öz ordumuzu gücləndirib, diplomatiya sahəsində uğur qazanmaq üçün fəaliyyət göstərdik.Məhz Ali Baş Komandanın başçılığı ilə "Dəmir yumruq" siysəti ilə döyüşən Azərbaycan ordusu qalib gəldi. Beləliklə də biz bu gün ATƏT Minsk qrupunu tarixdən sildik. Və son zamanlar Minsk qrupunun ətrafında baş verən məsələlər və müxtəlif siqnallar əslində dünyadakı realıqların göstəricisidir ki, bu gün de-fakto Minsk qrupuna ehtiyac yoxdur. Bir sözlə, həqiqət budur ki, indiki şəraitdə bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Bir də vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik.
Bir sözlə, Prezident İlham Əliyevin sözləri ilə desək: “Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır...”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB