Hər bir xalqın təşəkkülü tarix boyu davam etmiş arasıkəsilməz etnik prosesin nəticəsidir. Bu prosesin komponentləri qəbilələr, tayfalar və millətlər, ümumən etnoslardır. Hər hansı ərazidə hər hansı millət, etnos yaşayırsa, deməli, o ərazidəki yer-yurd adları da məhz həmin etnosun adı ilə bağlı olacaqdır. Bu baxımdan da Qərbi Azərbaycanda - indiki Ermənistan adlanan ərazidə bütün oronimlər (dağ, dərə, düzənlik adları), oykonimlər (yaşayış məntəqələri), hidronimlər (çay, göl adları), toponimlərin hamısı türk mənşəlidir. Belə ki, qədim dövrdən bu torpaqlar Azərbaycanın tərkib hissəsi olmuş və burada yaşayan əhali türksoylu olmuşdur. Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin növbəti mərhələsidir. Hazırda Azərbaycan ərazisinin 20% erməni işğalı altındafır.
Bir milyondan çox insan öz yurdundan didərgin salınıb, 50 mindən çox adam əlil olub, 877 şəhər, kənd qarət olunub, dağıdılıb. Xocalı soyqırımının XX ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamında qeyd edilir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynalxalq hüquq normalarına zidd olaraq keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Bir neçə saat ərzində 613 soydaşımız.o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətə yol verilmişdir. Həmin kütləvi qırğın vaxtı 8 ailənion həyatına son qoyulmuş, 25 uşaq hər iki valideyinindən, 130 uşaq valideynlərinin birindən məhrum olmuş, 487 dinc Xocalı əhalisi ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Erməni vandallığının izləri tarixi abidələrdə də özünü göstərir
Əgər bizə 1918-ci ilin mart qırğını barədə danışılsaydı, çox güman ki, Xocalıda və digər bölgələrdə yeni faciələrlə üzləşməzdik. Bu tarixi yaddaşın zaman-zaman öldürülməsinin nəticəsidir. Bakı qırğınından sonra ermənilər dünyaya bəyansızcasına bildirdilər ki, Bakıda “çevriliş” olub. Uzun illər bolşeviklər və Sovet tarixçiləri bu hadisələri “Vətəndaş müharibəsi” kimi qələmə verməyə başladılar. Bu isə azərbaycanlılara qarşı vəhşi daşnak soyqırımı idi. Ermənilər və “Ermənistan” anlayışı haqda məlumata görə, Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində yaratdığı dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl “Ermənistan” adı məlum deyil (B.Budaqov, Q.Qeybullayev. Ermənistanda türk mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998, s. 19). Lakin tarixən “erməni” etnonimi ermənilərin özünü adlandırması olan “hay” etnonimi ilə üst-üstə düşmür. Haylar Ərməniyyədə - indiki Ermənistan ərazisində heç vaxt etnik çoxluq təşkil etməmişdir. Ermənilərin Ermənistan adlandırdıqları “Hayastan” adı XX əsrin 20-ci illərində yaranmışdır. Tarixdə qeyd edilir ki, ermənilərin əcdadları e.ə. XII-VII əsrlər arasında Balkan yarımadasından gələrək Kiçik Asiyanın şərqində, e.ə. XIV əsrdən məlum olan Hayasa və Arm əyalətlərində məskunlaşdılar. Urartunun hökmdarı e.ə. IX əsrdə Şərqi Anadoluda Van gölü ərazisində yaranmış bu iki əyaləti də işğal etmişdir.
XV əsrin ikinci yarısından etibarən Eçmiəzdin kilsəsi həmin mülkləri müxtəlif vasitələrlə azərbaycanlılardan almağa nail oldular. 1747-ci ildə Nadir şahın ölümündən sonra, xanlıqların yarandığı dövrdə İrəvan mahalını Hüseynəli xan idarə edirdi. 1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını idarə edən 49 türk-azərbaycanlının adı Hovanıs Şahxatunanın tərtib etdiyi siyahıda öz əksini tapmışdır (Azərbaycan tarixi. Bakı, 1994). Fransız missioneri İzriut Monye İrəvanda olanda əhalini siyahıya alarkən qeyd etmişdir ki, XVII əsrin ikinci yarısında İrəvanda yaşayan 4 min nəfər əhalinin 1000 nəfəri ermənidir.
1827-ci ildə rus qoşunları İrəvan qalasını alanda burada əhalinin 74 faizini azərbaycanlılar təşkil edirdi. Qalan 26 faizi isə “boşa” adlanan xristian qaraçılarından, assorilərdən, yezidi kürdlərdən digər millətlərdən ibarət idi (Deportasiyaya aid materiallar, s. 50). 1829-cu il Ədirnə müqaviləsindən sonra keşiş Baqratuninin başçılığı ilə Ərzurumdan, Qarsdan 90 min erməni İrəvana Qafqazın başqa ərazilərinə gətirildi. 1828-ci ilin yazında isə Qriboyedovun rəhbərliyi ilə 50 min erməni Təbrizdən, Xoydan və b. ərazilərdən köçürülüb Qarabağda, Göycə mahalında yerləşdirdi. Buna qarşı səsini ucaldan azərbaycanlılar cəzalandırıldılar. 1826-1828-ci illərdə İrəvan xanlığı ərazisində 420-yə qədər azərbaycanlı kəndi dağıldı, bir çox kəndlərin adı xəritədən silindi.
1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 1000-ə yaxın azərbaycanlı kəndi viran edilmiş, əhalisi soyqırıma məruz qalmışdır. 1918-ci ilin martına qədər İrəvan quberniyasıda 198 kənd, 1919-cu ilin son iki ayı ərzində Üçkilsə (Eçmiədzin) və Sürməli qəzalarında 34 kənd, İrəvan qəzasında Zəngibasardan başqa bütün azərbaycanlı kəndləri talan olunmuş, dağılmış və yandırılmışdır.
Ermənilər 1918-1920-ci illərdə ADR-in tərkibində olan Zəngəzur, Göycə, Dərələyəz, Qaraqoyunlu mahallarını, eləcə də bir sıra başqa əraziləri zorla öz torpaqlarına qatmaqla 29,8 min. kv. km-lik qondarma “Ermənistan dövləti”nə nail oldular. 1920-ci ildə bu torpaqlara yiyələnən ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Onların belə fəallığına Nəriman Nərimanov mane oldu. Təkcə 1935-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistan Ali Sovetinin müxtəlif fərmanları ilə bu ərazidə olan 994 yaşayış məntəqəsindən 517 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Ali Sovetin fərmanı əsasında addəyişmə əməliyyatı 1935, 1938-39, 1940, 1946, 1950, 1957, 1962, 1967, 1969, 1977-78, 1980-cı illərdə düşünülmüş şəkildə həyata keçirilmişdir.
Beləliklə, son 200 ildə indiki Ermənistan ərazisindən 2 mindən artıq Azərbaycan coğrafi adlarını müxtəlif yollarla – rəsmi köçürmə, silah gücü ilə yerlərindən çıxarmaqla, soyqırım törətməklə, kəndləri yandırıb əhalini məhv etməklə siyahıdan – xəritədən silməyə nail oldular. Azərbaycan SSR XKS-in 20 yanvar 1940-cı il tarixli 57 saylı qərarına əsasən, təkcə 1940-cı ilin üç ayı ərzində Azərbaycana yalnız RSFSR-dən 3370 nəfər “fəhlə qüvvəsi” adı altında köçürülərək Bakıda iş və mənzillə təmin olunmuşdur. SSRİ XKS nəzdində iqtisadiyyat şürasının sədri A. Mikoyanın xüsusi canfəşanlığı və tapşırığı ilə 3370 nəfərdən 3220-si respublika əhəmiyyətli təsərrüfat idarələrində “əsasən rəhbər vəzifələrə təyin edilmişdir”.
A.Mikoyanın razılığı əsasında Bakıda yaradılmış köçürülmə şöbəsinə başçılıq edən N.Mirzoyan fürsəti əldən verməyərək “əzabkeş”, “başı min bir bəlalar çəkmiş” ermənilərin də Bakıda mənzil və işlə təmin edilməsinə əlverişli şərait yaratmışdır. Fəaliyyət göstərən şöbə 1940-cı ilin ikinci rübündə DQMV-dən 1440 erməninin Bakıya köçürülməsinə şərait yaratdı. Həmin illərdə Azərbaycanın şəhər, qəsəbə, rayon və kəndlərindən Bakıda qeydiyyata düşmək dövlət səviyyəsində qadağan olunmuşdu.
A. Mikoyanın göndərdiyi məktuba əsasən 1941-ci ildə 211 nəfər Stalinqraddan, Rostovdan Rusiyanın digər bölgələrindən Azərbaycana köçürülmüşdür. 1941-ci ilin sonlarında SSRİ XKS nəzdində köçürmə idarəsinin rəisinə göndərilən məktubda Rusiyanın ayrı-ayrı bölgələrindən 354 ailə Əli Bayramlı, Xaçmaz rayonlarında yerləşdirilmişdir. 1942-ci ildə Dağıstandan 900 ailə Azərbaycana köçürülmüşdür. Köçürülənlər əsasən ruslar, ermənilər və dağıstandan gələnlər idi. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi fürsətini əldən verməyən ermənilər ilk dəfə 1943-cü ildə üç böyük dövlətin (SSRİ, ABŞ, İngiltərə) iştirak etdiyi Tehran konfransı zamanı (28 noyabr- 1 dekabr) əldə etdilər.
Konfrans ərəfəsində hiyləgər erməni diasporunun rəhbərləri ölkənin xarici ilşlər naziri V.M.Molotovla əlaqə yaratmış, xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün Sovet dövləti başçısının razılıq verməsini xahiş etmişlər. Molotov elə oradan Stalinlə telefon danışığından sonra onun razılığını almışdır. Məkrli ermənilərə elə bu lazım idi. 1945-ci ilin aprelində dünya ermənilərinin patriarx-katalikosunun müavini Georq (Çeorskiyan) ərizə ilə Stalinə müraciət edərək dünya ermənilərinin dini mərkəzi olan Eçmiədzin monastırının fəaliyyətinə icazə verməsi üçün razılıq istəyir. Aprelin 19-da Stalin öz xətti ilə “razıyam” yazandan sonra SSRİ XKS 1945-ci ilə noyabrın 21-də xüsusi qərarında xaricdən ermənilərin gəlməsinə razılığını bildirmişdir. 1946-cı ilin yanvarında 130 min erməni Ermənistana köçmək üçün Moskvaya müraciət edir.
Terrorçu ermənilərin Qafqaza köçürülməsi böyük güclərin dövlət siyasətinə çevrilmişdi
1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər,1947-ci ildə Fələstin, Fransa, ABŞ, Yunanıstan, Misir və Livadan 35,4 min erməni Ermənistan torpaqlarında yerləşdirilir (Vəliyev. I, Muxtarov. K, Hüseynov. F. Deportasiya. Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası. Bakı, 1998). Bununla kifayətlənməyən ermənilər və Ermənistan KP MK- nın birinci katibi Q. Arutyunov yaranmış vəziyyəti əldən verməyərək 100 min azərbaycanlı əhalinin azərbaycana köçürülməsinə Stalinin razılıq verməsini xahiş edir. A. Mikoyanın canfəşanlığının nəticəsində erməni lobbisi azəri-türklərin yaşadıqları dədə-baba yurdlarından Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi üçün zəmin hazırlanmasına nail oldu. 1945-ci il oktyabr 20-də SSRİ XKS 2264 saylı qərar qəbul etmişdir. Bu azmış kimi Q. Arutyunov 1945-ci ilin 28 noyabrında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifini ÜİK /b/ PMK-nın sərəncamına verdi.
Stalin həmin məktubu Malenkova, o isə öz növbəsində cavab üçün onu Azərbaycan rəhbərliyinə göndərdi ki, Ermənistan K/b/ PMK-nın təklifinə öz münasibətini bildirsin.
Azərbaycan hökuməti 1945-ci il dekabrın 10-da 330 saylı sənədlə göndərilən cavabında erməni hökumətinin irəli sürdüyü bütün iddialarının əsassız olduğunu göstərdi. M.Bağırov qeyd etmişdi ki, Dağlıq Qarabağın ərazisi Qarabağ xanlığının ərazisində olmuşdur və xanlığın mərkəzi də Pənahabad /Şuşa/ idi. Bu qala Qarabağ xanı Pənah xan tərəfindən tikilmişdir. 1826-cı ildə bu xanlıq çar Rusiyasına birləşdirildikdən sonra indiki DQMV-nin ərazisi Yelizovetpol quberniyasının Şuşa, Cavanşir, Qaryağın (indiki Füzuli) və Qubadlı qəzalarının tərkibində idi. 1918-1920-ci illərdə bütün Qarabağ ərazisində mərkəz Şuşa olmaqla Qarabağ general-qubernatorluğu təşkil edildi. Daşnak bandaları Şuşa və digər şəhərləri dağıdıb oda qərq etdilər. 1923-cü ildə Qarabağın dağlıq hissəsinin – ermənilərin çox olduğu yerin Ermənistana birləşdirilməsi məsələsi ortaya atıldı. Bu ərazinin Ermənistanla ümumi əlaqəsi olmadığına və bura Qubadlı, Laçın, Kəlbəcər, Dəstəfur rayonları ilə ayrı olduğuna, burada əhali azərbaycanlılardan ibarət olduğuna görə Azərbaycan MİK-nın 1923-cü il 7 iyul tarixli dekreti ilə mərkəz Xankəndi olmaqla DQMV yaradıldı. Dağlıq Qarabağ ərazisi cəhətdən Ermənistanla heç vaxt yaxın olmayıb. M. Bağırov ÜİK/b/ PMK-nın nəzərinə bunları çatdırdı ki, Dağlıq Qarabağın Ermənistana daxil edilməsi məsələsinə baxarkən, eləcə də əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olan və bizim sərhədlərə yaxın olan Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının tərkibinə qatılması məsələsinə də baxılsın. UİK/b/ PMK-dan xahiş olunurdu ki, bu məsələlərə də baxılsın. Gürcüstan hökuməti də Azərbaycanın Balakən, Zaqatala və Qax rayonlarının onlara verilməsi məsələsini qaldırır. Bu bölgədə 79 min əhalidən 9 mini gürcü-inqiloylardır. Biz bunun baxılmasına da etiraz etmirik. O halda ki, Gürcüstanın tərkibində olan Borçalı rayonunun Azərbaycana birləşdirilməsinə baxılsın. Keçmişdə Azərbaycanın tərkib hissəsi olmuş Bakı quberniyasına daxil olan Dərbənd və Qasımkənd ərazilərini Azərbaycanın tərkibinə daxil edilməsi məsələsinə də baxasınız. Onlar maldarlıqla məşğul olur və ilin 9 ayını bizim ərazidə olurlar. M. Bağırovun bu əsaslı cavabı çoxlarını susdurdu. Irəli sürülən bu şərtlər, Ermənistan bir yana, heç mərkəzi də təmin edə bilmirdi.
Artıq ermənilər yaşayış məntəqələrini siyahısını əvvəlcədən hazırlamışdılar. Azərbaycanlıları əsasən İrəvan şəhəri və ona yaxın olan rayonlar – Əştərək, Zəngibaşar, Eçmiədzin, Oktenberyan, Qəmərli (yeni adı Artaşat), Qarabağlar, Vedi, Axta (Razdan), Əzizbəyov və s. rayonlara daxil etmişdilər.
Mikoyan-Stalin-Arutyunov-Bağırov sövdələşməsi SSRİ NS-in “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarı ilə nəticələnir. Bu, xalqımıza qarşı ən ağır zərbə, əsil represiya idi. Ermənistandan 100 min əhalinin köçürülməsi ilə bağlı tədbirlər planı - ən mühüm məsələ yalnız 2 ay 18 gündən sonra – 10 mart 1948-ci il tarixdə SSRİ NS-in “Ermənistan SSR ərazisində kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarında öz əksini tapmaqla şərh edilmişdir.
Bu qərara əsasən, 1948-1953-cü illərdə “könüllülük” adı altında azərbaycanlıların indi Ermənistan adlanan qədim oğuz yurdlarından köçürülməsinə başlanıldı. Erməni millətçiləri üçün kolxozçuların iriləşdirilməsi, perepektivsiz kəndlərin ləğv olunması kompaniyasının başlanması nəzərdə tutlan işi həyata keçirmək rolu oynadı.
Qərarda göstərilirdi ki, 100 min kolxozçu əhali Kür-Araz ovalığına köçürülsün. Onlardan 10 min nəfəri 1948-ci ildə, 40 mini 1949-cu ildə, 50 min nəfəri isə 1950-ci ildə köçürülmüşdür. Azərbaycan hökumətinin 1948-ci il 13 may tarixli qərarına görə, Ermənistandan, Yerevan şəhərinin Stalin və Spandaryan rayonlarından, həmçinin Basarkeçər, Vedi, Artaşat, Noemberyan, Oktemberyan, Zəngibasar və digər bölgələrindən 2757 təsərrüfatın (12177 nəfərin) Azərbaycan Respublikasına köçürülməsi planlaşdırılmışdı. əhalinin 6215 nəfərini Kür-Araz ovalığında, 5962 nəfərini isə Azərbaycanın digər bölgələrində yerləşdirmək nəzərə alınmışdır. Köçürülənlər Bakı şəhərinin Əzizbəyov, Voroşilov rayonlarında, eləcə də Gədəbəy, Xanlar, Quba, Bərdə, Ağstafa, Ucar, Ağcabədi, Salyan rayonlarının kəndlərində yerləşdirilməli idilər.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB