Şuşa bəyannaməsi Türkiyə ilə qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir - İlham Əliyev:

Şuşa bəyannaməsi Türkiyə ilə qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir - İlham Əliyev:

Ötən ilin iyununda Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi bizim qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir. Biz bu sənədlə əməkdaşlığımızı bütün formatlarda rəsmiləşdirdik.

SİA-nın məlumatına görə, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Azərbaycanın Türkiyə ilə bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahələrində müttəfiq olduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə