YAP Şuşa rayon təşkilatının fəalları şəhid Sərdar İsmayılovun ailəsini ziyarət ediblər FOTOLAR

YAP Şuşa rayon təşkilatının fəalları şəhid Sərdar İsmayılovun ailəsini ziyarət ediblər FOTOLAR

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları, Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid İsmayılov Sərdar Sərvər oğlunun ailəsini ziyarət ediblər. Görüşdə Sərdar İsmayılovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə