Zəfər Qurultayı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq - DEPUTAT ŞƏRH ETDİ

Zəfər Qurultayı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanda diaspor fəaliyyəti, bu sahənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması o zaman üçün MDB ölkələri içərisində nadir bir hadisə idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib. Onun sözlərinə görə, bu onu göstərirdi ki, Ulu Öndərimiz Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırır. Diasporun fəaliyyətinin dövlət siyasəti olaraq, həyata keçirilməsi prosesi də uğurla davam etdirilir.

Etiraf etməliyik ki, 1990-cı illərdə Azərbaycan Respublikasının diaspor fəaliyyəti bilinmirdi. Amma son illərdə bu sahənin dövlət başçısının xüsusi diqqətində olması böyük əhəmiyyət kəsb edir. Bu gün ABŞ, Ukrayna, Kanada, Avstriya, Almaniya, İngiltərədə kifayət qədər aktiv diaspor təşkilatlarımız mövcuddur. Deyə bilmərik ki, hər şey idealdır. Lakin bu sahə üzrə görülən işlər göstərir ki, zamanla müəyyən problemlər də aradan qalxacaq. Azərbaycanlıların da harada yaşamalarından asılı olmayaraq, hər zaman Azərbaycanın ətrafında bir yumruq kimi birləşməsi vacibdir.

V qurultayın Şuşada keçirilməsinin isə çox böyük siyasi əhəmiyyəti var. Şuşa bizim qalibiyyətimizin rəmzidir.

Şuşa eyni zamanda mədəniyyətimizin paytaxtıdır və bu qurultayın orada keçirilməsinin həm də mənəvi əhəmiyyəti var. Əminəm ki, zəfər qurultayı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə