Zərifə xanımın əsərləri özündən sonra gələn nəsillər üçün böyük bir irsdir - MÜNASİBƏT BİLDİRİLDİ
"Bu gün görkəmli ictimai xadim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın növbəti doğum günüdür". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixində, Azərbaycan KİV tarixində Zərifə xanımın yeri əvəzedilməzdir, danılmazdır: "Zərifə xanım Əliyeva görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya gəlib. Zərifə xanım Azərbaycanın ümummulli lideri Heydər Əliyevin ömür gün yoldaşı olub, Azərbaycanın xilaskar prezidenti, Ali Baş Komandan İlham Əliyevin anasıdır. Biz qadının həyatında, taleyində Azərbaycanın ictimai-siyası həyatı üçün çox böyük əhəmiyyət daşıyan 3 böyük insanın adı, həyatı, taleyi var. Əlbəttə ki , Zərifə xanım Əliyeva xoşbəxt bir qadın, həyat yoldaşı və anadır. Onu bütün Azərbaycan xalqı XX əsrin Azərbaycan qadını, simvolu olaraq seçib dəyərləndirib. Onun istər sağlığında, istərsə də vəfatından sonra yayımlanan tibbi əsərləri, elmi işləri oftomologiya elmində yeni cığır açıb. Zərifə xanımın əsərləri özündən sonra gələn nəsillər üçün böyük bir irsdir. Onun əsərləri böyük bir tibb nəsli yetişdirib. Bu gün biz Zərifə xanım Əliyevanı xatirələrdə anırıq. Zərifə xanımın keçdiyi həyat yolu, böyütdüyü övladlar, arxasında bir dağ kimi dayandığı Ulu Öndər Heydər Əliyevin nəaliyyətlər onun necə əvəssiz qadın, ana, həyat yoldaşı olduğunu göstərir. Biz onun xatirəsi önündə ehtiramla baş əyirik, Allahdan Zərifə xanım Əliyevaya rəhmət diləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB