Oğuzda şəhid Orxan Rəhimlinin məzarı ziyarət olunub FOTOLAR

Oğuzda şəhid Orxan Rəhimlinin məzarı ziyarət olunub FOTOLAR

28 aprel Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb qəhrəmancasına şəhid olmuş Şuşa fatehlərindən biri Rəhimli Orxan Rəşid oğlunun doğum günüdür.

Şəhidin 28-ci doğum günündə Oğuz rayon ictimaiyyətinin nümayəndələri, YAP Oğuz rayon təşkilatının və Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yaşadığı Xaçmaz kəndinin sakinləri, Şəhidin ailəsini ziyarət ediblər. Xaçmaz kənd Şəhidlər xiyabanında məzarını ziyarət edib, ruhuna müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub.

Qeyd edək ki, Orxan Rəhimli şəhadətindən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Uca Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları sevgi, sayqı və minnətdarlıqla anırıq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə