Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 20 may 2022-ci il tarixdə, saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Şəmkir rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək. Qurumdan SİA-ya verilən məlumata görə, Xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşların 17 may 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB