“”Milli Şura”nın fəaliyyətini məlum mərkəzlər istiqamətləndirir” AÇIQLAMA

“”Milli Şura”nın fəaliyyətini məlum mərkəzlər istiqamətləndirir” AÇIQLAMA

“Milli Şura”da təmsil olunan siyasi partiyaların qanunvericiliyə istinadən siyasi aksiya keçirmək hüququ konstitusiyamızda mövcuddur. Ancaq “Milli Şura” aksiyalara çağırış etmələri niyə və hansı məqsədlərlə daşıyır. Yəni istənilən aksiyalar və mitinqlər hansı şuarla, tələb və təkliflər əsasında keçirilir”. Bunu “Səs” qəzetinə açıqlamasında MDHP sədr müavini, politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, “Milli Şura”nın Azərbaycan iqtidarına münasibətdə olduğunu nəzərə alsaq təbii ki, “Milli Şura”nın belə təkliflərlə çıxış etməsi korporativ və konyektur maraqlarına əsaslanır: “Ermənistanla danışıqların getdiyi ərəfədə, Azərbaycan cəmiyyətində bütün siyasi partiyaların ideoloji məfkurə dəyərlərindən asılı olmayaraq məhz Qarabağ Azərbaycandır! məlum bəyanatı ətrafında birləşdirilməsi müqabilində müxalifətin təbii ki, belə aksiyalara çağırışlar etməsi düzgün deyil. Şuşada bu günlərdə keçirilən Dünya Azərbaycanlılarının 5-ci qurultayı və bu qurultayda azərbaycanlıların, azərbaycançılığın məfkurə dəyərləri ətrafında bundan sonra daha sıx birləşdirilməsinin vacibliyi vurğulandığı bir məqamda “Milli Şura”nın belə bir təklifi cəmiyyətdə və onların elektaral məkanında suallar doğurmaya bilməz. Ümumiyyətlə, bu ərəfələrdə müxalifətin aksiyalara çağırışlar etməsi, mitinqlərin təşkili ilə bağlı səsləndirməsi və təkliflərlə çıxış etmələri təəssüf doğurur. Belə bir fikri səsləndirməyə əsas verir ki, Azərbaycan müxalifətinin məlum qanadının hərəkətləri təbii ki, Azərbaycan dövlətçiliyinin inkişafını gözügötürməyən məlum mərkəzlərin özləri tərəfindən istiqamətləndirilir və hədəflərdə bəllidir. Yaxşı olardı ki, müxalifət bu cür hərəkətlərin əl çəksinlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə