Bu mövzuda YAP İmişli rayon təşkilatında dəyirmi masa keçirilib
Dəyirmi masanı giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirdi ki, Zəfəri 2020-ci ilin sentyabrın 27-dən başlanmış 44 günlük İkinci Qarabağ savaşında xalqımıza Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bəxş etdi. Xalqımızın mənəviyyat beşiyi, Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi ilə ikiqat bayrama çevrilmiş 9 Noyabr – Dövlət Bayrağı Gününün səhərisi azğın və quduzlaşmış işğalçıya Azərbaycan Ordusunun vurduğu son sarsıdıcı zərbə - daha 72 yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi və quldur yuvası Xankəndinin mühasirəyə alınması ilə xain düşmənin yenilməz hesab etdiyi Ermənistan ordusu müqavimət qabiliyyətini itiririb diz çökdü. Ermənistan rəhbərliyinin gecəyarısı inadı yerə qoyub ölkəmizin şərtlərini qəbul etməsini və imdad diləməsini, Rusiyanın işğalçı dövləti məhv olmaqdan xilas etmək məramını anlayışla qarşılayan Azərbaycan rəhbərliyi Şimal qonşunun iştirakı ilə düşmənin kapituliyasiyası anlamına gələn üçtərəfli bəyanatı zəfər aktı kimi imzaladı.
İşğalçı Ermənistanın İkinci Qarabağ müharibəsində də fəal himayə edilməsi onu göstərir ki, Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də ona arxa-dayaq olanların ölkəmizə qarşı təhdid, təzyiq və hədələri, birgə səyləri üzərində qələbə çalmışdır.Sonra çıxış edən YAP fəalı Günel Bəşirova qeyd etdi ki, döyüş meydanında əməli təsdiqini tapan "Qarabağ Azərbaycandır və nida" həqiqəti milli birliyimizin, haqqın və ədalətin zəfəri, dünyaya güclü və qüdrətli Azərbaycanımızın beynəlxalq münasibətlər məkanındakı söz sahibi olduğunun nümayiş oldu. Əks-hücum əməliyyatı zamanı Ermənistanın 30 illik işğalına son qoyulmaqla 300-dən çox şəhər, kənd, qəsəbə döyüş meydanında işğalçılardan azad olundu. Həmçinin bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın işğaldan azad edildi. Düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı.Digər çıxış edənlər Ermənistanın revanşist ünsürlərinin və havadarlarının qarşısında daim Azərbaycanın dəmir yumruğunun dayanmasından söhbət açıblar.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB