Daşkəsəndə akademik Zərifə Əliyevanın doğum günü qeyd edilib - FOTOLAR
Gigiena və Epidemiologiya Mərkəzi,Səməd Vurğun adına,Muşavaq və Qaraqollar ərazi partiya təşkilatlarında tədbir keçirilib. Tədbirdə Zərifə xanım Əliyevanın müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğu qeyd edilib.
Yığıncaqlarda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev,Səməd Vurğun adına ərazi partiya təşkilatının sədri Şəhla Əliyeva və başqaları Ümummilli Lider Heydər Əliyevə və Zərifə xanıma allahdan rəhmət dilədilər.
Eyni zamanada ölkə Prezidenti,Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin apardığı çox uğurlu daxili və xarici siyasətdən,tarixi torpağımız olan Şuşa şəhərinin Dünya azərbaycanlılarının görüş yerinə çevrilməsindən də söhbət açılib.
Yığncaqların yekununda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu və bir qrup gənc Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB