“Sən elə bir zirvəsən” - FOTOLAR

“Sən elə bir zirvəsən” - FOTOLAR

YAP Şuşa rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının və Şuşa rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsi keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Müsabiqəni YAP Şuşa rayon təşkilatının 16 nömrəli ərazi partiya təşkilatının sədri Rəsmiyyə Məmmədova açaraq iştirakçıları salamladı və onlara uğurlar arzuladı.

YAP Şuşa rayon təşkilatının əməkdaşı Leyla Babışova iştirakçılara müsabiqənin qaydalarını və şərtlərini bir daha izah edib.

Daha sonra çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan xalqı, o cümlədən, şuşalılar Ümummilli Lider dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur, qəlblərində əbədi yaşadırlar.

O,həmçinin qeyd edib ki,Ulu Öndərin siyasi kursunun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dövlətimiz öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan 20-dən artıq şagird Ümummilli Lİder Heydər Əliyevə həsr olunmuş bir-birindən maraqlı və məzmunlu şeirlər səsləndirildi.Sonda şeir müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə