Azərbaycan təhlükəsizlik və müdafiə qüvvələrini inkişaf etdirməkdə davam edəcək - Hikmət Hacıyev
Azərbaycan təhlükəsizlik və müdafiə qüvvələrini inkişaf etdirməkdə davam edəcək.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.
"Biz son 30 ildə Qarabağda baş verənləri unuda bilmərik və müdafiə qüvvələrimizi gücləndirməkdə davam edəcəyik", - deyə o bildirib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır: "Azərbaycan qisas axtarmır, biz ədalətə can atırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB