Kiberhücumlarla bağlı ölkəmizdə hansı proseslər HƏYATA KEÇİRİLİR? - DEPUTAT AYDINLIQ GƏTİRDİ

Kiberhücumlarla bağlı ölkəmizdə hansı proseslər HƏYATA KEÇİRİLİR? - DEPUTAT AYDINLIQ GƏTİRDİ

“Adi həyatda təhlükəsizliyin təmin olunması nə qədər vacibdirsə, virtual həyatda da artıq təhlükəsizlik tədbirlərinin görülməsi bir o qədər vacib əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirdi.

Onun sözlərinə görə, xüsusi ilə müasir dövrdə internetdən istifadə kifayət qədər genişdir: “Həmçinin ayrıca olaraq sosial şəbəkə istifadəçilərinin sayı da durmadan artır. Bu baxımdan insanların şəxsi məlumatları və məxvi informasiylar istər-istəməz internetdə də yerləşdirilir. Bu məlumatların kənar şəxslər tərəfindən əldə olunması pis niyyətlərlə istifadə edilməsi cəhdlərinin qarşısının alınması belə kibertəhlükəsizliyin təmin olunması anlamına gəlir. Son dövrlərdə kibertəhlükəsizlik sahəsinə aid olan geniş terminoloji baza da formalaşıb. Kibercinayətkarlığa qarşı mübarizə artıq qlobal xarakter alıb. Çünki bu istiqamətdə effektiv addımların atılması bir dövlətin gücü daxilində deyil. Ona görə də beynəlxalq kibertəhlükəsizlik sisteminin elementləri haqqında artıq mülahizələr irəli sürmək olar. Əksər hallarda xaker hücumları nəticəsində şəxsi və məxvi məlumatlar kənar şəxslər tərəfindən əldə edilir. Bu kimi addımlar ya cinayət, ya da təzyiq məqsədləri ilə istifadə olunur. Bu halın getdikcə təhlükəli dərəcədə kütləvi hal alması təbii ki, müvafiq tədbirlərin həyat keçirilməsini zəruri edir. Hesab edirəm ki, ölkəmizdə kibertəhlükəsizlik tədbirlərinin görülməsi və kibercinayətkarlığa qarşı sistemli mübarizənin aparılmasına olan tələbatlar artmaqdadır. Düşünürəm ki, ölkəmizdə Təhlükəsizlik Təşkilatları Asossiyasının yaradılması zamanın tələbidir. Bu gələcədə kibercinayətkarlığa qarşı daha səmərəli mübarizə imkanlarını yaradacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə