Konstitusiya Məhkəmələri Şurası yaradılıb

Konstitusiya Məhkəmələri Şurası yaradılıb

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Konstitusiya Məhkəmələri Şurası təsis olunub. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda keçirilən tədbirlər çərçivəsində bununla bağlı qərar qəbul edilib.

İclasda Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib. Qazaxıstan tərəfi isə iclasa onlayn formatda qatılıb.

Mərasimdə türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə