YAP Cəlilabad rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının 55 saylı ərazi üzrə rayon icra hakimiyyəti ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbir başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilmişdir. Hesabat məruzəsi ətrafında müzakirələr aparılmış və ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş hesab olunmuşdur. İclasda təşkilati məsələyə də baxılmış və iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatına sədr və sədr müavini seçilmişdir.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi R.Ağayev və YAP fəalı E.Hüseynov partiyanın yeni proqramı barədə ətraflı məlumat vermiş, yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulamış və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırmışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB