Ucarda şəhid Dünyaz Abdullayevin anım mərasimi keçirilib FOTOLAR
27 aprel 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, bir qrup Vətən müharibəsi şəhidlərinin ataları, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, rayon İncəsənət Məktəbinin direktoru Könül Kərimova, rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov, rayon fəallarının bir qrupu və ailə üzvlərinin iştirakı ilə 30 sentyabr 1992-ci ildə Ağdam rayonunda itkin düşmüş Abdullayev Dünyaz Ənvər oğluna yubiley – 50 illiyi münasibətilə rayonun Şəhidlər Xiyabanında naməlum əsgərin məzarı ziyarət olunmuş, şəhid məzarlarının üzərinə tər çiçəklər qoyulmuş, ruhlarına dualar oxunmuşdur. Daha sonra tədbir Dünyaz Abdullayevin orta təhsil aldığı şəhər 2 saylı tam orta məktəbində davam etmişdir. Məktəblilərin ifasında Vətənpərvərlik mövzusunda kompazisiya təqdim olundu. Çıxış edənlər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şirin canından keçən şəhidlərimizin əziz xatirələrinin heç vaxt unudulmayacağını qeyd etdilər. Abdullayev Dünyaz Ənvər oğlu 03 mart 1972-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. Ailədə 3 bacı, 2 qardaş arasında dördüncü uşaq, böyük qardaş olub. Ucar şəhər 2 saylı tam orta məktəbini bitirmişdir. 16 may 1990-cı ildən 30 oktyabr 1991-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmişdir.
9 sentyabr 1992-ci ildə Ucar rayon Hərbi Komissarlığından səfərbərliyə alınanlardan biri oldu. Xidmətinin ömrü 20 gün oldu. Ömrünün 20 yaş 6 ay 28-ci günündə Ağdam rayonu ərazisində (Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov olmuş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən Ağdam rayonunun Fərrux dağında) itkin düşmüşdür. Dünyaz Abdullayev subay idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB