“Mənasız aksiyalara çağırışlar “Milli Şura”ya başucalığı gətirməyəcək” AÇIQLAMA

“Mənasız aksiyalara çağırışlar “Milli Şura”ya başucalığı gətirməyəcək” AÇIQLAMA

“Milli Şura” deyilən qurumun işi-gücü ancaq hansısa aksiyaların keçirilməsi ilə bağlı çağırışlar etməkdir. Onlara sual vermək lazımdır ki, çağırışlarına bu günə qədər qoşulan olubmu? Əlbəttə, yox”. Bunu AMİP funksioneri Əli Orucov “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, aksiyalara çağırışlar edirlər ki, bir müddət gündəmdə qala bilsinlər: “Ona görə də, onlar tərəfindən edilən bu çağırışlara onsuz da qoşulan və dəstəkləyən olmayacaqdır. Belə olan halda “Milli Şura”nın aksiyalarla bağlı planları baş tutmayacaq. Onsuz da onlar tərəfindən bu aksiyalar keçirilsə belə, küçədə iki üç nəfərdən başqa heç kəs olmayacaq. Mənasız aksiyalara çağırışlar “Milli Şura”ya başucalığı gətirməyəcək”. Ə.Orucov onu da bildirdi ki, indiyə qədər onların çağırışları havada qalıb və bundan sonra da havada qalacaq: “Digər tərəfdən elə bir dönəmdə yaşayırıq ki, bu gün çox həssas bir proseslər gedir. Yəni regionda daha çox həssas və sürətli proseslər gedir və bunun da təbii ki, ölkəmizə ciddi təsirləri getdikcə daha çox artmaqdadır. Biz belə bir məqamda təbii ki, ayıq-sayıq olmalıyıq. Dövlətimizin və millətimizin maraqlarına uyğun gəlməyən addımlar atılmamalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə