Qusar rayonunda pofessor Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub - FOTOLAR
YAP Qusar rayon təşkilatının,Qusar rayon icra hakimiyyətinin və səhiyyə işçiləri ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında görkəmli oftalmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açaraq qeyd edib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Natiq daha sonra bildirib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu etibarlı silahdaşı olub. Vaxtilə ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Təşkilatın sədri əlavə edib ki, Zərifə xanım Əliyeva Azərbaycan xalqına 44 günlük Vətən müharibəsinin şəriksiz müəllifi, Qarabağın xilaskarı, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevi bəxş edib.
Tədbirdə çıxış edən Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamran Paşayev, Səhiyyə işçiləri ƏPT-nın sədri Natəvan Butayeva, rayon Heydər Əliyev mərkəzinin direktoru Neva Abdurahmanova, rayon mərkəzi xəstəxananın oftalmoloqu Gülər Musayeva görkəmli alim, ən ülvi, nəcib dəyərləri özündə yaşadan Azərbaycan qadını, ləyaqətli, humanist, xeyirxah, mehriban insan Zərifə xanım Əliyeva haqqında öz fikirlərini söyləyiblər.
Qeyd olunub ki,Zərifə xanım Əliyevanın işıqlı xatirəsi bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıqla yad ediləcəkdir.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB