Göyçayda Zərifə Əliyevanın 99-cu ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib FOTOLAR
Aprelin 27-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında YAP Göyçay rayon təşkilatı və rayon icra hakimiyyətinin təşkilati ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açıb. O, oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən geniş məlumat verib. S.Şükürov bildirib ki, Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini Zivər Zeynalova görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Daha sonra məruzə ətrafında çıxış edənlər Sevinc Abdullayeva, Firəngiz Məmmədyarova, Vüsalə Məmmədova, Həmidə Məcidli qeyd etdilər ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi vurğulanıb.
Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB