Xalq-iqtidar birliyi möhkəm təməllər üzərində qurulub ŞƏRH

Xalq-iqtidar birliyi möhkəm təməllər üzərində qurulub ŞƏRH

44 günlük Vətən müharibəsindəki Qələbə müasir tariximizin ən şərəfli səhifəsidir. Tarixdə bir çox qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrini yerinə yetirdi.Həmçinin Vətən müharibəsində tarixi Qələbəmizin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin böyük rolu vardır.

Azərbaycan xalqı sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşadı. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi...

Bu möhtəşəm Qələbə cənab Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü reallaşdıran lider kimi də adını tarixə əbədi yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.

Azərbaycanın haqq savaşı verdiyi 44 günlük müharibədə tarixi qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, Xalq-Prezident-Ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərdi. Bu, döyüşlər getdiyi dövrdə hər gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibələrində, hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini dəqiqliklə vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verdi. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-iqtidar birliyinin təmin olunduğu bir respublika kimi tanıtdı.

Bu tarixi Qələbə xalqımızın həmrəyliyi, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində mümkün oldu. Bu Qələbə bizim sarsılmaz birliyimizi, hərbi gücümüzü və mübarizlik əzmimizi bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev adını xalqımızın əsrlərə, nəsillərə örnək və dastan olacaq sərkərdəsi kimi Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə həkk etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, məqsədyönlü siyasəti, xalqın Liderinə olan birmənalı dəstəyi, xalq-iqtidar birliyi gələcəyə inamımızı, qurub-yaratmaq ruhumuzu daha da gücləndirir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyinə böyük ümidlə, ruh yüksəkliyi ilə baxır. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələri, quruculuq işləri həyata keçirilir. Ölkəmiz durmadan çiçəklənərək daha da qüdrətlənir və xalqımızın rifahı hərtərəfli yaxşılaşır. Bütün bunları şərtləndirən ən mühüm amil isə xalq-iqtidar birliyidir. Bu birlik əbədi və sarsılmazdır. Bu gün tarixi torpaqlarımızda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir və ən qısa zamanda Vətənimizin digər bölgələri kimi bu tarixi ərazilərimiz də gülüstana çevriləcəkdir.

Torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, həlak olan mülki vətəndaşlarımızın qisası alındı. Şəhid qardaş və bacılarımızın xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Şəhidlərimizi Azərbaycan gəncliyi və gələcək nəsillər daim fəxr və qürurla yad edəcəklər.

Rahim Muradov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə