Ermənilər təxribata bir daha cəhd edə bilməzlər - ŞƏRH EDİLDİ

Ermənilər təxribata bir daha cəhd edə bilməzlər - ŞƏRH EDİLDİ

“Ermənistan təxribatlara əl atmaqla onlara verilmiş son şansını itirə bilər. Dövlət sərhədimizi pozaraq təxribat qrupunu Azərbaycana göndərilməsi Ermənistanın Brüsseldə əldə olunmuş razılıqların ruhuna tamamilə zidd getdiyinin nümayişidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan imzalanmış razılıqların icrası üçün bütün tədbirlərini gördüyü təqdirdə Ermənistan yenə də təxribatlar törətməklə danışıqların nəticələrini pozuculuqla məşğuldur: “Bütün baş verən təxribatlara görə düşmən cavabını ağır alacaqdır və bütün məsuliyyət Ermənistanın üzərindədir”.

Deputat sözlərinə belə davam edib: “Paşinyan hakimiyyətə gəldiyi ilik illərdə də belə hərəkətlərə yol verərək danışıqlar prosesini əhəmiyyətsiz etmişdi. Paşinyanın danışıqlardan çıxması Müzəffər Ordumuzun hərəkətə keçməsi və 44 gündə torpaqlarımızı işğaldan azad etməsi ilə nəticələnmişdi. İndi yenə də belə təxribatların Ordumuz üçün yeni çağırış olduğunu hesab edirəm və həllini gözləyən növbəti məslələrini öz gücümüzlə həll etməli olduğunu düşünürəm.

Hesab edirəm ki, ilk növbədə dövlət sərhədi boyunca müəyyənləşdirdiyimiz koordinatlar üzrə tikanlı məftil çəkilməlidir. Sərhədlərimiz tikanlı məftillə bağlandıqdan sonra ermənilər təxribata heç bir cəhd edə bilməzlər. Əgər biz bu prosesin icrasına başlasaq ermənilərin özləri qaça-qaça yanımıza gəlib yalvaracaqlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə