Terrorun erməni üzü və izi - ANALİZ

Terrorun erməni üzü və izi - ANALİZ

Bu gün terror kəlməsini işlədərkən qeyri-ixtiyari olaraq “erməni” sözönünü də işlətməli olursan. Reallıq budur ki, ermənilər artıq bu sözü özəlləşdiriblər, özününküləşdiriblər. Bu da səbəbsiz deyil, dünyada baş verən ən səs-küylü terror hadisələrinin arxasından ermənilər, yaxud erməni təşkilatları çıxıb. Bəs ermənilər niyə bu yolu, daha doğrusu yolsuzluq, dinsizlik, imansızlıq, ədalətsizlik və nəhayət şərəfsizlik yolunu tutublar? Bu da səbəbsiz deyil, daha doğrusu bəhanələrlə dolu “səbəblər”dir. Ermənilərin Qafqaza köçürüldüyü, azərbaycanlı-türk millətinin başıma bəla kimi gətirilmiş ermənilər artıq 200 ildən artıqdır ki, bizim onlara etdiyimiz yaxşılıqların müqabilində türkün düşməninə, qatilinə çevriliblər...

Azərbaycanlılara qarşı erməni terrorunun tarixinə qısa bir nəzər

1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki helikopter erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub;
1994-cü il fevralın 1-də Bakıda Dəmir Yol Vağzalında Kislovodsk-Bakı sərnişin qatarında törədilən terror aktları nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb;
1994-cü il fevralın 9-da Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılıb;
1994-cü il martın 19-da Bakı metrosunun "20 Yanvar" stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər ölüb, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb;
1994-cü il martın 17-də Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus “C130 Herkules” tipli təyyarənin vurulması nəticəsində İslam Respublikasının Moskvadakı səfirliyinin əməkdaşları, ailə üzvləri və ekipaj ölüb. Onda səfirlikdən bildirilmişdi ki, hadisə nəticəsində təyyarədə olan bütün şəxslər - daha dəqiqi 9-u uşaq olmaqla, 19 sərnişin və 13 ekipaj üzvü həlak olub.
1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" - "Gənclik" stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar bu kimi terror əməllərini xaricdə də davam etdiriblər.
1992-ci il yanvarın 8-də erməni terrorçuları Rusiyanın Krasnovodsk şəhərindən Bakıya sərnişin daşıyan "Sovetskaya Kalmıkiya" bərəsinin partladılması nəticəsində 25 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Və...

2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktı erməni terrorizminin qaniçən, qəddar simasının təzahürlərindən biridir. Günahsız insanların, gənclərin Ermənistanın xüsusi xidmət orqanları ilə işbirliyində olduğu ehtimal edilən Mardin Qumaşyan tərəfindən ələ alınmış terrorçu tərəfindən qətlə yetirilməsi tarix boyu erməni faşizminin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qətliamları, soyqırım aktlarını xatırladır. Bu baxımdan, erməni terrorizminin mahiyyətinin tarixin bütün dövrlərində eyni olduğunu deyə bilərik.

Erməni terrorçularının etdikərinin əvəzi onların etdiyi xəyanətkarlıq kimi yox, dinc sakinlərə qarşı yox, döyüş meydanında verildi. ADNA terrorunun və xalqımıza qarşı həyata keçirilən neçə-neçə terror aksiyasının, qətliamın, soyqırım aktlarının qisasını Azərbaycan Ordusu ləyaqətlə aldı. Bizi bir xalq kimi ermənilərdən fərqləndirən cəhətlərdən biri də budur.

Erməni terroru barədə faktlar nə deyir?

Ermənilərin aktiv terror əməlləri 1885-ci ildən başlayır. Bu vaxta qədər terk-müsəlmanlara qarşı ara-sıra cinayətlər olsa da, bu rəsmi olaraq terror adlandırmayıb. Armenakan adlanan ilk erməni terror təşkilatı Osmanlının Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədərək İran və Rusiyada yaşayan ermənilərlə həmfikir olduqlarını sübut ediblər. 1887-ci ildə İrəvanda Sosial Demokrat Hnçak partiyası yaradılır. Bu, qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaq olub. Partiyanın proqramının 4-cü bəndində göstərilir: "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".

1890-çı ildə Tiflisdə yaradılmış Daşnaksütunun əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaq olub. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarıb. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini verib. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış ESƏD qrupu 1980–82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.

1972-ci ildə Avstriyanın paytaxtı Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı əsası qoyulmuş Erməni soyqırım ədalət komandosları təşkilatının məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etmək olub.

1973-cü ildə Fransada yaradılan “Yeni erməni müqaviməti” 1977-ci ildən başlayaraq Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir.
1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılan ASALA təşkilatının məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaq olub. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib.
1975-ci ildə Suriyanın Dəməşq şəhərində əsası qoyulmuş “Erməni gizli azadlıq ordusu”nun Fələstin hərbi bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü var. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.
1979-cu ildə yaradılan “Erməni inqilab ordusu” təşkilatı isə 1983-cü ildə Brüsseldə Türkiyə səfirliyinin attaşesi Dursun Aksoyun qətlində, Lissabonda Türkiyə səfirliyinə hücumu və 1985-ci ildə Ottavada Türkiyə səfirliyinə hücum aktının məsuliyyətini öz üzərinə götürüb.
“Erməni azadlıq cəbhəsi” də 1979-c u ildə yaradılıb və "ASALA"-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
1981-ci ildə Fransada yaradılan Orli qrupu isə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb və təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
Yenə də 1981-ci ildə Parisdə yaradılan “İntiharçılar eskadronu” həmin il Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.
1988-ci ildə Moskvada yaradılmış “Erməni birliyi” "ASALA" ilə sıx əlaqələr qurub, keçmiş Sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edib. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edib.
“Gənc ermənilər ittifaqı” 1990-cı ildə Fransada yaradılıb və diplomatların oğurlanması ilə məşğul olub.
“9 iyun qrupu” adlı erməni terror təşkilatı 1991-cı ildə İsveçrədə yaradılıb və bütün fəaliyyəti dövründə həbsdə olan erməni terrorçularının azad olunmasına çalışıb.
“Erməni azadlıq hərəkatı” 1991-ci ildə Fransada yaradılıb və əsas fəaliyyətini "ASALA" ilə sıx əlaqədə həyata keçirib.
“Geqaron” erməni terror qrupu 2001-ci ildə "ASALA" tərəfindən yaradılıb. Təşkilatın məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
“Apostol” 2001-ci ildə Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktların keçirilməsidir.
“İsveçrə qrupu” Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.
“Demokratik cəbhə” adlı terror təşkilatı ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi türk dövlətinin parçalanmasıdır.

Ermənistan adlı terror dövləti SSRİ dağıldıqdan sonra müstəqillik qazansa da dövlət səviyyəsində terroru dəstəkləməkdə davam etmişdir. Eyni zamanda, rəsmi İrəvan terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cumlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

Budur, erməni dövlətinin terror xisləti. Terror sanki bu xalqın varlığına hakim kəsilib. Utopik, xəyali arzuların dalınca qaçan bu xalqın yaratdığı qanunsuz təşkilatların törətdiyi terror əməlləri yalnız başqa dairələrin işinə yarayıb. Ermənistan və ermənilər isə sadəcə etdiklərinin bədəlini ağır şəkildə ödəyiblər və ödəməkdədirlər...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə