Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb
Dünya Azərbaycanlılarının V Qurultayının difər qurultaylardan bir neçə fərqli cəhəti var. Artıq 30 il ərzində işğal altında olan ərazilərimiz azad edildi və həmin ərazilərdə ilk dəfə olaraq Dünya Azərbqycanlılarının Qurultayı təşkil edildi. Yəni bundan əvvəlki qurultayların bu qurultaydan fərqi omdan ibarət idi ki, həmin qurultaylar Bakıda keçirilirdi və həmin ərqzilər işğaldan azad edilməmişdi. Amma indiki qurultayda dünya azərbaycanlılarının məhz işğaldan azad edilmiş Şuşa şəhərində, eyni zamanda Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində bu qurultayın təşkik okunması da iştirqk edirlər. Bu əslində həm Azərbaycqn cəmiyyətinə həm beynəlxalq ictimaiyyətə bir mesajdır mesaj ondan ibarətdir ki,
Ötən gün Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş nümayəndə heyəti ilə birgə Azərbaycana rəsmi səfəri baş tutdu. Səfər, Azərbaycan və Qırğızıstan Respublikaları arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25-ci, diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməklə, iki türkdilli dövlətin mövcud əlaqələrinin daha da gücləndirilməsi və tarixi birliyin yüksələn xətlə davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Olduqca səmərəli nəticələrlə başa çatan görüşlərdə on sənəd imzalandı ki, onların arasında - Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi məna ehtiva etdi.
Səfərlə bağlı qeydlərə keçmədən öncə, iki dövlətin tarixi əlaqələrinə qısa nəzər salaq. Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik iki xalqdır. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Bununla yanaşı, hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuş, elə həmin dövrdə də aralarında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Yenidən bu günə qayıtdıqda görürük ki, bu gün dünyada baş verən dərin dəyişikliklər ölkələrə yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Bu mənada, türk məkanında qurulan Azərbaycan və Qırğızıstan münasibətləri yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olaraq qarşımıza çıxmaqdadır. Əlbəttə ki, hər iki dövlətin müstəqillik dövrünün əvvəllərindən etibarən yaxın əlaqələri mövcuddur, ancaq 20 aprel tarixində baş tutan səfər iki dövlətin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltdi.
İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə görüşü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra ölkə rəhbərləri mətbuata bəyanatlarla çıxış edərək bir çox məqamlarla bağlı vacib fikirlər səsləndirdi. Ölkə başçımız çıxışı zamanı ölkələrin əmtəə dövriyyəsinin mövcud səviyyəsinin ölkə rəhbərlərini qane edə bilməyəcəyini bildirdi və əlavə etdi ki, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək. Cənab İlham Əliyev onu da vurğuladı ki, Qırğızıstanın enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Həqiqətən də enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı olmaq iqtidarındadır. Görüşdə iki türkdilli dövlətin beynəlxalq təşkilatlardakı fəaliyyətinin də məmnunluq doğurduğu ifadə olundu. Məlum olduğu kimi, Azərbaycan və Qırğızıstan BMT, Türk Dövlətləri Təşkilatı, MDB, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində sıx qarşılıqlı əlaqə saxlayır. Bununla yanaşı, Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir. Azərbaycan Prezidentindən sonra Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov da bəyanatlarla çıxış etdi. Cənab S.Japarov səmimi qəbul və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə edərək, danışıqların qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdiyini qeyd etdi. Əlavə olaraq, Qırğızıstan Prezidenti Azərbaycanın biznes dairələrini ölkəsində investisiya imkanlarını öyrənməyə dəvət etdi.
Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra da iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan Respublikaları arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənməyə davam edəcək.
Emin Süleymanov
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB