Ermənilərin Rusiyadakı “soyqırımı” sərgüzəştləri: BİABIR OLDULAR! ANALİTİK+FOTOFAKT
Yaxud, Qərb-Rusiya və ya Rusiya-Ukrayna qarşıdurması “əzabkeş” məxluqların qondarma “genosid” planlarını necə alt-üst etdi?
Hər il ənənəvi “məzlumkeşlik” və “əzabkeşlik” xarakterli “24 aprel ermənilərin soyqırımı günü” qondarma adı altında özlərini zorla dünya ictimaiyyətinə sırıyan, əsas məqsədlərində isə nə qədər türkofob olduqlarını göstərən ermənilər bu dəfə Rusiyada biabır olublar. Məsələ ondadır ki, “Genosidə-yox” adı altında sərgi keçirəcəkləri yönündə bir aya yaxındır ki, PR kampaniyası aparan Rusiya erməniləri çoxsaylı anonslar vermələrinə, eləcə də resurslar xərclədiklərinə rəğmən, çıxdaş olunublar. SİA-ya daxil olan məlumata görə, dırnaqrarası sərgi 22 aprel-8 may tarixlərində Sankt-Peterburqin “Rusiya-mənim tarixim” tarixi parkında keçiriləcəkmiş. Və məhz bu fürsətdən istifadə etməyə cəhd göstərən Rusiya erməniləri özlərini bu dəfə Rusiyanın tarixi aspektlərində nümayiş etdirmək istəyiblər və həmin məsələdə ən çox canfəşanlıq göstərən Sankt-Peterburqun “ARMA” erməni gənclər assosiasiyası, erməni gənclərinin Don ittifaqı olub. Onlar “Rusiya-mənim tarixim” tarixi parkının keçirəcəyi tədbirdə özlərinin ayrıca pavilyonlarını quracaqmışlar. Və məsələ ondadır ki, həmin istiqamətdə işlər aparılırdı da, hətta tarixi parkın sərgisində iştirak etmələri ilə bağlı qəti qərar da mövcud idi. Amma...
Bu günlərdə məlum olub ki, “əzabkeş” məxluqların “ah-vay” mərasimlərinin keçirilməsi mümkün deyil
Amma sən saydığını say, gör “matuşka Rossiya” nə sayır! Bu günlərdə məlum olub ki, “əzabkeş” məxluqların “ah-vay” mərasimlərinin keçirilməsi mümkün deyil və “Rusiya-mənim tarixim” parkının rəhbərliyi açılışına bir gün qalmış qondarma “24 aprel erməni soyqırımı” sərgisinin ləğv olunduğunu qarşı tərəfə bildirib. Nəticədə, Rusiyadakı erməni diasporunun gənclər qolu sözün əsl mənasında qurşaqaltı zərbəyə məruz qalıb. Hətta dünənə qədər rusların hər yerlərini dəsmallayan ermənilər birdən-birə əsl, real tərəflərini göstərməklə sosial şəbəkələrdə anti-Rusiya istiqamətində qaynamağa başladılar. Erməni blogerləri Rusiyanın ünvanına ən təhqiramiz ifadələri işlətməkdən belə çəkinmirlər.
“ARMA” erməni təşkilatı: “Tamamilə razılaşdırılmış sərgi bizdən asılı olmayan səbəblərə görə son anda ləğv olundu”
Eyni zamanda, “sərginin” təşkilatçılarından biri – Erməni regional gənclər assosiasiyası (“ARMA”) vəziyyətin gərginləşdiyini anladıqdan sonra baş verənlərin onlardan asılı olmadığını bildirib.
“2022-ci ilin yanvarından biz Sankt-Peterburqun erməni icması və şəhər əhalisi üçün mühüm olan “Genosidə-yox!” multimedia layihəsi üzərində fəal işlərə başladıq. Biz sərgi üçün gündəlik çalışırdıq və az qüvvə, resurs sərf etməmişdik. Açılış tədbiri üçün KİV-ləri və nüfuzlu qonaqları dəvət etmişdik. Kinobaxış və ekskursiya üçün sərgiyə azad girişin olması üçün razılıq əldə etmişdik. Bizim üçün bu layihə həqiqətən də çox əhəmiyyətli idi. Lakin bizim gözləmədiyimiz hadisə baş verdi. Tamamilə razılaşdırılmış sərgi bizdən asılı olmayan səbəblərə görə son anda ləğv olundu”, deyə erməni təşkilatı bildirib.
Rusiya tərəfinin ermənilərin “sərgilərinin” keçirilməməsi ilə bağlı cavabı bəlli olub
İndi isə gəlin Sankt-Peterburqun “Rusiya-mənim tarixim” parkının rəhbərliyinin sərginin ləğvi ilə bağlı açıqlamasına diqqət yetirək. Həmin açıqlamanı mövzu ətrafında bəhs edən rusdilli caliber saytı yayımlayıb. Parkın rəhbərliyi bildirib ki, onlara aprelin 27-dən başlayaraq bütün ölkə üzrə NATO-ya qarşı tədbirlər keçiriləcək və alyansın “cinayətlərindən” (dırnaqlar bizimdir-R.R.) bəhs ediləcək sərgilər göstərilməlidir.
Üstəlik, ermənilərin “Genosidə-yox” sərgisinin baş tutmamasına daha bir səbəb Sankt-Peterburqun şəhər günü və I Pyrotrun 350 illiyinin qeyd olunmasıdır. Artıq bu tədbirlərlə bağlı anonslar da verilib.
Beləliklə, erməni diasporunun “əzabkeşlik” adlı “tərənnümü” iflasa uğrayıb və onların XX-XXI əsrlərə aid həyasız mifləri əslində Rusiya-Ukrayna, yaxud Qərb-Rusiya qarşıdurması altarında qurbanlıq qoyun kimi kəsilib. Bu isə həm də belə bir nəticəyə gəlməyə əsas verir ki, artıq ruslar da ermənilərin qondarma soyrıqımı “ah-vaylarından” təngə gəliblər və planlarını, sözün əsl mənasında, alt-üst ediblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB