Prezident İlham Əliyev Ulu Öndərin milli dil əmanətinə də sadiqdir. ŞƏRH
Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır.Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.Ana dilimizin dövlət dili statusu qazanmasında 1978-ci il Konstitusiyasına bu barədə maddənin salınmasının çox böyük əhəmiyyəti oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə etdiyi bu böyük fədakarlığın milli dövlətçiliyimizin, xalqımızın milli varlığının bu günü və gələcəyi baxımından nə qədər mühüm olması indi daha aydın görünür.
Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir", - deyən Ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.
Bu gün Heydər Əliyevin milli dövlətçilik irsini hər bir sahə üzrə uğurla davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli mərhələsinə çatdıran cənab İlham Əliyev Ulu Öndərin milli dil əmanətinə də sadiqdir. Son illərdə ölkə rəhbərliyinin dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər daha da artıb. Dilimizi yaşatmaq milli ruhumuzu yaşatmaqdır. Ana dilimizi zamanın yellərindən qoruyaraq gələcəyə daha da inkişaf etmiş şəkildə çatdırsaq, özümüz də, gələcək nəsillərimiz də onun mənəvi işığında əbədi var olacaq.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB