Əməkdaşlıq uğurla inkişaf edir - Meksika səfiri

Əməkdaşlıq uğurla inkişaf edir - Meksika səfiri

"Azərbaycan və Sakit okean alyansı ölkələri arasında əməkdaşlıq uğurla inkişaf edir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Sakit okean: Azərbaycan və Latın Amerikası ölkələri arasında əlaqələndirici rolu oynayan Sakit okean alyansı” mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, inteqrasiya və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq prinsipləri üzərində qurulmuş Sakit okean alyansı Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır: “Ölkənin çox böyük potensialı var. Cənubi Qafqazın ÜMD-nin 75%-i Azərbaycanın payına düşür. Ölkənin Xəzər regionuna qapı rolu oynaması, xüsusilə də ticarət, investisiya və turizm sahəsində böyük imkanlar yaradır”.

Bütün xəbərlər Facebook səhifəmizdə