Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var - DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var - DEPUTAT ŞƏRH ETDİ

"Qırğızıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri bir daha onu göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixi kökləri var: "Bildiyimiz kimi hər zaman beynəlxalq müstəvidə Azərbaycan və Qırğızıstan bir-birinə dəstək olur. Eyni zamanda Azərbaycan-Qırğzıstan münasibətləri dostluq və qardaşlıq münasibətləri səviyyəsindədir. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanmış 10 sənəd və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi strateji tərəfdaşlıq haqqında bəyannamə, o cümlədən dövlətlərarası şuranın yaradılması haqqında memorandum və digər sənədlər imzalandı.

Əlbəttə ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər yeni impuls verəcək və münasibətlər daha da dərinləşəcək. Bu eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. Əlbəttə ki, Azərbaycan Prezidenti ilə Qırğızıstan Prezidentinin Bakı görüşü Azərbaycan-Qırğızıstan arasında münasibətlərin yeni mərhələsinin başlamasından xəbər verir. Bu səfərdən sonra iki ölkə başçısı arasında aparılmış səmimi müzakirələrdən sonra Qırğızıstan Respublikası ilə Azərbaycan Resoublikası arasında əlaqələr daha da möhkəmlənəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə