YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda keçirilən silsilə tədbirin qonaqları AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov olub. Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə Yasamal rayonu ərazisində salınmış abidə kompleksini ziyarət edərək gül dəstələri düzüblər. Sonra YAP Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin büstünün üzərinə gül dəstələri düzülüb, xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummili Lider Heydər Əliyevin dühası olan milli maraqlar və xarici siyasət konsepsiyası müasir Azərbaycanın əsas siyasət konsepsiyasıdır. Bu konsepsiya hal-hazırda Cənab Prezident İlham Əliyev tərəfindən də uğurla və dinamik bir şəkildə davam etdirilir. Bundan əlavə Azərbaycanın milli maraqları və xarici siyasətinin uğurla davam etdirilməsi 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması və doğma Qarabağımızda bərpa-quruculuq işlərinə start verilməsi ilə özünün yüksək nöqtəsinə çatdı. Çıxışına davam edən Bəxtiyar Nəbiyev onu da qeyd etdi ki, bu konsepsiya əsasında regionda və qloballaşan dünyada Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar yaratmışdır.
Çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə söyləyib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli maraqlar və xarici siyasət konsepsiyası özündə fəlsəfi əsasları ehtiva edir. Bu əsaslar 44 günlük Vətən müharibəsində bizim qələbəmizi şərtləndirdi. Bundan əlavə bu əsaslar qloballaşma fonunda milli maraqların və xarici siyasətin qorunması baxımından çox əhəmiyyətlidir. Sonra çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov “Bir millət-iki dövlət” formulunun fəlsəfi-metodoloji yanaşmasından bəhs edib. Bu yanaşmada ümumfəlsəfi və elmi qənaətlərin işığında konkret olaraq Ulu Öndərin “Bir millət-iki dövlət” formuluna uyğun Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi töhfələrin fəlsəfəsi araşdırılır.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Bir millət-iki dövlət” formulunun böyük uğurla inkişaf etdirməsinin fəlsəfi-tarixi analizindən bəhs edib. Daha sonra müzakirə formatında davam edən görüşdə gənclər öz suallarını ünvanlamış və suallar cavablandırılmışdır. Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkilib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB