Aşqabad görüşü çox məhsuldar olacaq - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Aşqabad görüşü çox məhsuldar olacaq - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Aşqabad şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü gözlənilir. Eyni zamanda Aşqabadda Rusiya və Mərkəzi Asiya ölkələrinin forumu da keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, bu görüşlər ciddi məsuliyyətin göstəricisidir: "Aşqabadda keçiriləcək görüşdə Türkmənistanda yeni seçilmiş prezidenti iştirak edəcək. Hesab edirəm ki, görüş çox məhsuldar olacaq. Türkmənistanın türk birliyi ilə olan əlaqələri davam edir.
Türkmənistan yuxarı palatasının, yəni məsləhət şurasının sədri olan, keçmiş prezident də Ağsaqqallar Şurasının üzvü seçilib. Bu da onu göstərir ki, Türkmənistanın türk birliynə münasibətləri istidir. Şübhəsiz ki, burada Xəzər dənizi, hətta İranın şimalı vasitəsilə müəyyən iqtisadi və tranzit məsələlər də müzakirə oluna bilər. Əməkdaşlığın mədəni, iqtisadi sahədə intensivləşməsi gözlənilir. Hər hansı iqtisadi, ticari, mədəni, siyasi əlaqələr nəticəsində ölkələr arasındakı münasibətlər də möhkəmlənir. Demək olar ki, Türkiyə, Azərbaycan və Türkmənistan oğuz türkləri olaraq, üç dövlətin birliyi çox mühümdür. Bütün bunları nəzərə alsaq, bu çox faydalı bir görüş olacaq.

Hələlik mənim məlumatıma əsasən imzalanacaq sənədlər hələ elan olunmayıb. Lakin görüşün böyük əhəmiyyətə sahib olduğu gözünündədir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə