Moskva və Paris ATƏT-in Minsk qrupuna son qoydular

Moskva və Paris ATƏT-in Minsk qrupuna son qoydular

Bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük”ü çərçivəsində Moskva ilə bütün təmasları məhdudlaşdırdılar. Bu arada Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda heç bir fasiləyə imkan vermir. ABŞ və Fransa həmsədrlər arasında əməkdaşlığı dayandırarsa, regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib

Bununla əlaqədar, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması mövzusu olacaq. Zaxarova ümid etdiyini bildirib ki, Xovayevin səyləri “Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımız” tərəfindən dəstəklənəcək.”Biz digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əlaqəyə açığıq”- deyə Zaxarova bildirib.

SİA haqqin.az-ın məlumatına istinadən, hazırda İrəvanda olan Bris Roquefey Ermənistana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi səfər edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bugünkü bəyanatından və Rokfeyin Ermənistana səfərindən yekun nəticə çıxarmaq olar: ATƏT-in Minsk Qrupu uzun yaşamaq əmri verib.

Bütün xəbərlər Facebook səhifəmizdə