Fransa prezidentliyinə namizəd Valeri Pekressin arzuları ürəyində qaldı və istəyinə çata bilmədi. Onun bir qədər əvvəl Qarabağa məlum qanunsuz səfərində məqsəd erməni əsillilərin köməyi ilə prezident kürsüsünə oturmaq olsa da bu arzularının da, səfərinin də puça çıxdığı öz təsdiqini tapdı. Ermənilərdən istifadə etməklə prezident olmaq istəyən Valeri Pekress bu ilin aprel ayında belə bir mövcud duruma düşəcəyini gümanına belə gətirə bilməzdi, amma reallıq göstərir ki, Fransada seçkilərin ilk turu onun məğlubiyyəti anonsunu verir.
Azərbaycan-Fransa münasibətlərini daha da gərginləşdirmək, rus hərbçilərinin Qarabağda söz, qərar sahibi olduğu təəssüratı yaratmaq, dırnaqarası “status” məsələsini gündəmə daşımaq, erməniləri bu yolla ürəkləndirmək istəyən Pekressin ən ümdə məqsədi ilk növbədə bu əməllərlə ermənilərin ürəyini almaq və onların köməyi ilə seçkilərdə, prezident seçkilərində qalib gəlmək olub. Məsələ burasındadır ki, Fransa erməni lobbisinin mvcudluğunu, fəaliyyətini nəzərə alan prezidentliyə namizəd olan bu qadın bir çox yanlışlıqlara yol verdiyini gec də olsa anlamalıdır. Anlamalıdır ki, nə Azərbaycanın bölgədə yaratdığı reallıqlar dəyişən deyil, nə də artıq ermənilərı arxalanmağın mənası yoxdur, çünki onlar özləri indi arxasız, dayaqsız qalıblar və hansısa dayağa ehtiyac duyurlar.
Aprel ayında keçirilməsi nəzərdə tutulan prezident seçkisi öncəsi bu namizədin Qarabağa qanunsuz səfər etməsi Fransada yaşayan ermənilərin, ümumilikdə erməni lobbisinin maddi və seçici dəstəyini qazanmağa hesablanmışdı, amma nəticələr bunun eksini ortaya qoydu. Beləki, hiyləgərliyinin və qanunsuz, çirkin oyunlarının nəticəsi Perkess üçün heç də arzuolunan olmadı və o uduzacağını bəri başdan, yəni elə seçkilərin birinci turundan yaxşıca anladı. Qanunsuz olaraq və qaçaqmalçılıq yolu ilə, məhz sülhməramlıların köməyi ilə Qarabağa gəlişi təmin edilən bu rusiyayönümlü namizəd Fransada son günlər keçirilən seçki zamanı öz yerini görmüş oldu. Daha dəqiq desək, Perkess seçkilərin ilk turunun nəticələrinə görə 4,6 faiz səs qazanmış oldu və bu onun yerinin harada olduğu anlamına gəlir. Eləcə də Fransada prezident seçkilərinə namizəd olaraq qoşulan və öz istəyinə nail olmaq üçün Qarabağ ərazisinə qanunsuz şəkildə daxil olmaq qədər özünü aşağılayan, alçaldan bu qadına indi də fransalı seçilər tərəfindən yeri göstərildi və “erməni aşiqi” anladı ki, arzusu ürəyində qalır. Yəni, 27,6 faiz səslə Emmanuel Makronun, 23,4 faiz səslə Marin Le Penin ikinci tura keçməsi fonunda Perkess özünün kənarda qalacağını yaxşı başa düşüb. Onu da başa düşüb ki, qanunsuz şəkildə Qarabağ ərazisinə daxil olması ilə özünü alçaltması belə ona kömək edə bilməyib və ona elə aşağılanmaq qalıb və eyni ilə seçkinin birinci tutu da onu sözün hər mənasında aşağıladı.
Ümimiyyətlə, Fransada prezident seçkilərinin və prezident seçiləcək namizədin Azərbaycana, yaxud da regiona heç bir təsiri ola bilməz. Azərbaycanın yaratdığı reallıqlar bütün dünyada tanınır və qəbul olunur. Doğrudur, Fransa hər zaman Ermənistanın haqsız olan mövqeyini müdafiə edən dövlət kimi tanınır, amma rəsmi Paris artıq hadisələrə təsir gücünə malik deyil və nə aparıcı qüvvə, nə də oyunçu statusunda belə sayılmır. Makron hökuməti belə müəyyən hədd daxilində hərəkət edə bildi və bundan artığına nail ola bilmədi. Çünki, ölkəmizin yaratdığı reallıqlar qarşısında bir növ fəaliyyətinin nəticəsiz olduğunu anladı.
Fransada keçirilən prezident seçkilərinin birinci turu göstərdi ki, bu ayın, aprel ayının 24-də keçiriləcək seçkidə Makronun qalib gələcəyinə fransızların daha böyük ümidləri var. Hər bir halda ən pessimist proqnozlara görə belə ikinci turda Makron 5-7 faiz səs üstünlüyü ilə qalib gələcəyi gözlənilir. Məsələ burasındadır ki, bütün bunlar Qaarabağa qanunsuz səfər edən Perkesin birmənalı şəkildə məğlubiyyətindən xəbər verir. İstənilən halda Valeri Perkes uduzmuş kimi qəbul olunur və bunu özü də başa düşür. Bir sözlə, “erməni aşiqi” yaxşı başa düşür ki, bütün çirkin əməllərinə, özü-özünü aşağılayıcı addımlarına rağmən bütün arzuları ürəyində qalır, puça çıxır. Daha dəqiq desək, Qarabağa qanunsuz səfər edən bu fransalı namizədin çirkin addımları özünə qaldı və bunu fransız seçicilər özləri ona başa saldılar. Başa saldılar ki, çirkin siyasəti ona öz arzularına çatmasına kömək edə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB