Nəsimi rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vüsal Vüqar oğlu Kazımovun məzarı ziyarət olunub. Qeyd edək ki, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin məzunu olub. 03 fevral 2022-ci il tarixdə Şuşa istiqamətində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Vüsal Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunmuşdu. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır. Vüsal Kazımov İkinci Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin ailə üzvləri, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Vüsal Kazımovun ailə üzvləri şəhidlərimizə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB