Belarusiya və Rusiya arasındakı münasibətlər yüksək səviyyədədir - POLİTOLOQ BİLDİRDİ
“Belarusiya Ukranya məsələsi ətrafında Rusiyaya dəstək verən ilk ölkələrdən biridir. Ümumilikdə Belarusiya və Rusiya arasında ittifaq dövlətinin yaradılması haqqında müzakirələr aparılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda rəsmi olaraq Belarusiya və Rusiya eyni dövlətdə birləşməsələrdə iqtisadi, siyasi və demək olar ki, bütün sahələrdə Lukaşenko hakimiyyəti ilə Rusiya siyasi elitası arasında dərin əlaqələr mövcuddur: “Belarusiyanın dövlət büdcəsinin formalaşmasında və eyni zamanda ölkənin iqtisadiyyatının ayaqda durması Rusiyadan alınan kreditlərin böyük əhəmiyyəti var. Bu baxımdan Lukaşenko ilə Putin arasındakı münasibətlərin pozulmasını düşünmək çox yalnışdır. Bəzən Qərb mətbuatı və siyasətçiləri Belarusiya və Rusiya münasibətləri fonunda suni ajeotaj yaradırlar. Lakin mən düşünmürəm ki indi ki, halda Belarusiya və Rusiya arasındakı dərin münasibəti zədələmək qeyri-mümkündür. Hazırda bu iki dövlətin Ukrayna ətrafında baş verən proseslərlə bağlı danışıqlar davamlı xarakter alır. Lakin iki ölkənin rəhbəri tez-tez canlı ünsiyyətdə olurlar. Bu baxımdan Lukaşenkonun Rusiyaya budəfəki səfəri 2 gün çəkəcək. Mən düşünürəm ki, hər iki ölkə rəhbəri xüsusəndə Qərb tərəfindən basqılar və təziqlər fonunda əlaqələrin növbəti mərhələsi üçün uyğun şərtlərin formalaşması barədə danışıqlar aparacaqlar ki, bütövlükdə Ukraynadakı hadisələr səngəyəndən sonra Rusiya-Belarusiya-Ukrayna münasibətlərinin daha çox siyasi əhəmiyyəti olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB