Ceyhun Bayramov Ermənistanın XİN başçısı ilə telefonda danışıb

Ceyhun Bayramov Ermənistanın XİN başçısı ilə telefonda danışıb

11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətfən SİA-ya verilən məlumata görə, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə