Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilən telefon danışığı zamanı bir çox məsələlər müzakirə olundu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, ən vacib məqam Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı hal-hazırda yaşanan hadisələrdir: “İlham Əliyev rusiyalı həmkarının diqqətinə çatdırdı ki, artıq Ermənistan dövləti Azərbaycanın 5 maddədən ibarət paketini qəbul edir. Yəni Azərbaycanın sülh razılaşması ilə bağlı irəli sürdüyü şərtlərin hər biri Ermənistan tərəfindən məqbul hesab olunur. Bu barədə Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekununda bir razılaşma əldə olunub. Artıq Ermənistan dövləti başqa bir çıxış yolunun olmadığını etiraf edir və bütün qlobal güc mərkəzləri post-konfilikt realıqlarından çıxış edirlər. Bunlar bizim danışıqlar masası ətrafında qazanmış olduğumuz tarixi nailiyyət kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti hərb meydanında olduğu kimi diplomatik və siyasi sferada güc mövqeyindən çıxış edərək qələbələrini sıralıyır.
Hesab edirəm ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Ötən ay imzalanmış Moskva bəyannaməsi Azərbaycan və Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxmasını şərtləndirdi. Sözsüz ki, Rusiya tərəfi müttəfiqlik münasibətlərinin xarakterinə uyğun daha adekvat addımlar atmalıdır. Çünki biz bəzi hallarda qeyri-adekvat halların şahidi oluruq. Ümid edirik ki, bundan sonra Rusiya dövləti Azərbaycanla münasibətlərini strateji müttəfiqlik prizmasından nəzərdən keçirəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB