YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bir qrup partiya fəalı ilə birlikdə 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış İsmayıllı rayonunun Maçaxi kəndindən olan şəhid Mikayıl Vahabzadənin anım günü münasibətilə məzarını ziyarət edib, məzarüstü abidənin önünə tər çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək Mikayıl Vahabzadənin cəsur döyüşçü olduğunu, Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəldiyini qeyd etmişdir. O bildirmişdir ki, məhz həmin döyüşlərdə əldə edilmiş qələbə Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradaraq 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin əsasını qoymuşdur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB