"2018-ci il aprelin 11-də müstəqillik yolu ilə inamla irəliləyən, ötən illər ərzində aparılan məqsədyönlü siyasət sayəsindəzirvələrə yüksələn, regional güc amilinə çevrilən, dünyadaləyaqətli ölkə kimi tanınan müstəqil Azərbaycanda daha bir taleyüklü hadisə yaşandı - prezident seçkiləri uğurla baş tutdu". Bu sözləri SİA-ya açıqlamasında Əsli Kazımova bildirib.

Onun sözlərinə görə, Azərbaycan seçicisinin mütləq əksəriyyətinin - 86,02 faizininetimadını qazanan cənab İlham Əliyev dövlət başçısı seçildi. Bumühüm siyasi hadisə müasir tariximizin yeni mərhələsininbaşlanğıcını çevrildi:"2003-cü ildən xalqın və dövlətin dayanıqlıinkişafına yönəlmiş siyasət yeni, müasir qlobal çağırışlarmüstəvisində təzahür etdi. “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydıntəsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mənəminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyəçox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdirki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətəçevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar". Andçimə mərasimində möhtərəm Prezidentin bu fikirləriAzərbaycanın gələcək inkişaf yolunun mayakına çevrildi.
2018-ci il prezident seçkilərində xalqın seçiminin niyə məhzPrezident İlham Əliyev olmasını şərtləndirən mühüm amillərmövcuddur. Ölkəmiz Cənab İlham Əliyevin prezidentliyidövründə böyük inkişaf yolu keçdi - Azərbaycan dövlətçiliyininəsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onunqüdrəti və iqtisadiyyatı daha da artdı. Azərbaycanın beynəlxalqmüstəvidə mövqeyi xeyli dərəcədə gücləndi. İnsan amili, xalqınrifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərikimi daha öz mövqeyini daha da gücləndirdi. "Bizimsiyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onunmaraqları dayanır", deyən Prezident İlham Əliyev yeni dövrüçün sosial rifahın gücləndirilməsini, vətəndaş – dövlətvəhdətinin daha da möhkəmlənməsini mühüm hədəf kimimüəyyənləşdirdi. Qarşılıqlı olaraq xalqın mütləq etimadı, inamıvə sevgisi Prezident seçkilərinin nəticələrini müəyyənləşdirmişoldu. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, görülən işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səsverdi.
2003-2018-ci illərdə dövlətimizin əldə etdiyi ən mühüm uğurlarsiyahısında artan beynəlxalq nüfuz, qlobal dünyanın mühüm birparçasına çevrilmək istiqamətində atılan addımlar ilkin sıralardadayanır. Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altındahəyata keçirilən xarici siyasət və nəticəyə hesablanmışdiplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO vəbütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksəktribunasından daha qətiyyətlə çıxış etməsi və bir çoxməsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasıüçün münbit şərait yaratdı. Azərbaycanın dünyanın ən mühümsiyasi və iqtisadi təşkilatlarının dəyişilməz partnyoruna çevrildi. Bu dövrdə BMT TŞ-ya rəhbərlik etməyimiz ölkəmizin dünyamiqyasındakı yerinin ən yüksək səviyyədə müəyyənləşdiyini birdaha təsdiqləmiş oldu.
Siyasi uğurlar düzgün müəyyənləşdirilmiş iqtisadi siyasətəsöykənir. Azərbaycanın da dünya miqyasında gündən-günəartan siyasi nüfuzu Prezident İlham Əliyevin müəyyənləşdirdiyidüzgün, milli maraqlara söykənən iqtisadi siyasət kursunasöykəndi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqilsiyasət apara bilərlər", deyən Prezident İlham Əliyev mühümiqtisadi islahatlar vasitəsilə Azərbaycanı yeni yüksəliş yolunaçıxardı. aparılan uğurlu siyasətin nəticələri isə statistikrəqəmlərlə göz önündədir - 2003-2019-ci illər ərzindəAzərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünyada rekordgöstəricidir. Qeyd edilən 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 27 dəfə artıb. 2003-cü ildəvalyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu rəqəm 2019-cuildə 51, 2020-ci ilin ilk rübündə isə 52 milyard dollara çatıb. Ölkəmizdə yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB