Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib. Keçirilən təkbətək görüşdə İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirib və 2021-ci ilin dekabrında olan üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulayıb.
Prezidentimiz Ilham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə keçirilən üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvar olduğunu ifadə edib. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətinə toxunub, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib.
Prezident Mişel həm Prezident Əliyev, həm də baş nazir Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru sürətli irəliləmək arzularının ifadə edilməsini qeyd etdi. Bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə
Liderlər, həmçinin xüsusilə Ermənistan və Azərbaycan arasında və daha geniş mənada Cənubi Qafqazda kommunikasiya/bağlılıq infrastrukturunun bərpasını da müzakirə etdilər. Prezident Mişel dəmir yollarının bərpası istiqamətində atılmış addımları alqışladı, eyni zamanda, Ermənistanı və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv üsullar tapmağa dəvət etdi. Avropa İttifaqı bağlılıq əlaqələrinin inkişafını dəstəkləməyə, o cümlədən İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunmuş iqtisadi məşvərət forumundan da istifadə etməyə hazırdır.
Liderlər görüşlərinin nəticələrinə dair işi davam etdirmək və prosesə sadiq qalmaqla bağlı razılıqlarını bildirdilər.
6 aprel görüşü, Prezident İlham Əliyevin atdığı addımlar artıq beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Məsələn, ATƏT-in amerikalı sabiq həmsədri Riçard Hoqland qeyd edib ki, Prezident İlham Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə aparır.
Şahverdiyeva Səbinə
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin “İlk partiya təşkilatı”nın sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB