Rusiya və Qərb bəzi güzəştlərə getsəydi belə bir faciə yaşanmazdı - HƏRBİ EKSPERT AÇIQLADI
"Çox təəssüflər olsun ki, Rusiya ilə Ukrayna arsındakı münaqişə hələ də davam edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Rusiya və Qərb bəzi güzəştlərə getsəydi belə bir faciə yaşanmazdı: "Rusiya müharibəni başlatdıqdan sonra ona qarşı Qərb tərəfindən sanksiyalar tətbiq edildi. Ukrayna əhalisi dözməsəydi, müharibə aparmasaydı Qərb tərəfi yetərincə ona dəstək olmayacaqdı. İndi də qardaş Türkiyə vasitəçilik edir ki, Rusiya ilə Ukrayna arasındakı bu məsələ həll olunsun. Burada Qərbin bir neçə marağı var. Bu da ondan ibarətdir ki, NATO güclənsin, maksimum dərəcədə Rusiya zəifləsin və Rusiya ilə Ukrayna arasındakı münaqişə daha da dərinləşsin. Burada həm Rusiya, həm də Ukrayna uduzur. Çox təəssüflər olsun ki, 21-ci əsrdə dünya bu cür faciələrlə üz-üzədir.
Yeni dünya düzəni qurulmalıdır. Elə bir sistem formalaşdırılmalıdır ki, dünya əhalisi, dünya ölkələri işğalla, nüvə təhdidi ilə üz-üzə qalmasın".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB