Peşəkarlığın olmaması Ukrayna üçün ciddi problemlər yaradır - POLİTOLOQ ŞƏRH ETDİ

Peşəkarlığın olmaması Ukrayna üçün ciddi problemlər yaradır - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiyanın Ukraynaya hücumunun artıq 41-ci günüdür. Bu müddət ərzində Ukraynanın hərbi infrastrukturu tamamilə məhv edilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, ölkənin iqtisadi infrasturukturu da çox pis vəziyyətdədir: "Bunlar azmış kimi Ukraynanın xarici işlər naziri yenidən müharibə üçün çağırış edib. Bu da onun siyasi cəhətdən yetkin olmadığını göstərir. Çünki müharibənin tempinin artırılması Ukrayna üçün təhlükəlidir. Bir tərəfdən Ukrayna prezidenti fərman imzalayaraq danışıqlar üçün İşçi Qrupu yaradır, digər tərəfdən isə ölkənin xarici işlər naziri müharibənin davam etdirilməsini istəyir. Bu, ağılasığmaz bir hərəkətdir.

Rusiya ilə Ukraynanın istər hərbi, istərsə də iqtisadi cəhətdən gücü qeyri-bərabərdir. Peşəkarlığın olmaması Ukrayna üçün ciddi problemlər yaradır. Həmçinin, Rusiya manevr edir. Əsas məqsədi Mariupolu boşaltmaq olan Rusiya buna nail olmaq üzrədir. Ukraynanın müharibəni davam etdirməsi ona çox baha-başa gələcək. Ukraynaya digər ölkələr tərəfindən edilən yardımların da bir nəticəsi olmur.

Bundan başqa, burada beyin axını həyata keçirilir. Əsas işçi qüvvəsi Qərbə, Amerikaya və digər yerlərə köç edir. Yəni, vəziyyət bütün hallarda Ukraynanın əleyhinədir. Ukrayna bu qərarların əsrlərlə baş ucalığı gətirəcəyini düşünsə də, bu belə olmayacaq. Birinci mərhələdə Ukraynanın informasiya müharibəsini qazanmasına baxmayaraq, son zamanlarda saxta xəbərlərin çoxluğu nəticəsində bu baxımdan da qələbəni əldən verir. Rusiya bu sahədə də Ukrayna üzərində kifayət qədər üstünlük əldə edir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə