Bu dövrdə Azərbaycanın siyasətindəki məzmunlu nəticələr ortadadır - SİYASİ EKSPERT AÇIQLADI
“2003-cü ildən sonra başlayan dövr müstəqil Azərbaycanın tarixində məzmunlu illərdir. Bu illərdə baş verən hadisələrin sayı, onların dərinliyi, çoxşaxəliliyi, əldə olunmuş nəticələrin böyüklüyü, sayca çoxluğu və zənginliyi diqqət çəkən amillərdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
.jpg)
Onun sözlərinə görə, 2003-cü ildən bugünə qədər daxildə və xaricdə əldə olunmuş nəticələr, baş verən hadisələr həm kəmiyyət cəhətdən, həm də keyfiyyət cəhətdən çox fərqlidir: “Bu dövrdə Azərbaycanın istər daxili, istər xarici siyasətindəki məzmunlu nəticələr ortadadır. Xüsusən də Azərbaycanın diplomatiya sahəsindəki fəaliyyətini, uğurunu qeyd etməmək mümkün deyil. Bu uğurun ən böyük göstəricisi Azərbaycan bu illər ərzində Qarabağ probleminin həlli üçün dünya birliyinin ürəyincə olan sülh danışıqları kursuna öz sabitliyini nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində bütün dünya başa düşdü ki, torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır. Həmçinin bütün dünya qəbul etdi ki, bu torpaqların azad olunması üçün heç də həmişə sülh yoluna ümid bağlamaq uğurlu mövqe deyil. Bu illərin ən böyük nailiyyətlərindən biri Azərbaycanın işğaldan azad etməsi oldu. Azərbaycanın nüfuzunun dünyada möhkəmləndirilməsi, regionun aparıcı ölkələrindən birinə çevrilməsi bu illər ərzində əldə olunmuş məzmunlu nəticələrdən biridir. Bir sözlə 2003-cü ildən başlayan və cənab İlham Əliyevin prezidentlik dövrünü əhatə edən bu illər məzmunlu, nəticəli, çoxşaxəli və gələcək üçün böyük perspektivləri özündə ehtiva edən mərhələ kimi qəbul edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB