Müharibə hazırda Rusiyanın məğlubiyyəti ilə nəticələnir - POLİTOLOQ AÇIQLADI
"Rusiya-Ukrayna müharibəsi hazırda Rusiyanın məğlubiyyəti ilə nəticələnir. Buna baxmayaraq, Rusiya hələ də işğalçılıq siyasətini həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiyadan atılan raketlərin havadan müdafiə sistemləri tərəfindən vurulması labüddür: “Buna görə Ukraynaya yeni silahlar verilməlidir. Hazırda Kiyev ətrafında rus qoşunları darmadağın edilib, Ukrayna qüvvələri əks-hücuma keçib. Rusiya öz ordusunu Donbas istiqamətində cəmləşdirib və ölkənin cənub-şərq hissəsində mövqelərini möhkəmləndirib. Bununla da Ukraynanın Azov dənizi sahilinə çıxışını bağlamağa çalışacaq. Bu baxımdan Ukraynaya ciddi hərbi-logistik dəstək lazımdır. Ukraynanın işğal olunmuş ərazilərini azad etmək üçün yeni və müasir silahlara ehtiyacı var. Bu yardım baş verərsə, Rusiya Ukraynanın diktə etdiyi şərtlər daxilində sülh müqaviləsi imzalaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB