Professor Yuri Pompeyev: Ermənilər bu xəbərdarlığa məhəl qoymadılar - ŞƏRH
Şəxsən mənim üçün Qarabağda 44 günlük azadlıq müharibəsi gözlənilən idi. Hələ 2015-ci ilin payızında bir müsahibəmdə Quranın bir surəsindən sitat gətirmişdim: “Sizə döyüş vacib edildi, əgər sizə qarşı döyüşürlərsə”. Müəyyən edilmiş döyüşdə qalib gəlmək lazım idi. Hazırlaşılmalı idi. Bütün bunlar qüsursuz həyata keçirilib.
SİA xəbər verir ki, bunu Caliber.Az-a müsahibəsində rusiyalı professor, mədəniyyət elmləri doktoru, Rusiya Yazıçılar Birliyinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, “Qarabağın qanlı hovuzu” kitabının və "Qarabağ gündəliyi" trilogiyasının müəllifi Yuri Aleksandroviç Pompeyev bildirib.
“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydəroviç Əliyev dahi strateq və taktikaçıdır. Müasir üsullarla aparılan bu müharibə bu gün artıq dünyanın bir çox hərbi akademiyalarında öyrənilir. Sülhsevər Azərbaycan xalqı döyüşlərə vətənpərvərliklə reaksiya verdi. Təbii ki, mən də bu döyüşlərin gedişatını izlədim və Azərbaycan xalqı arasında itkilərə görə başsağlığı verdim.
Bəlalardan biri də bu zəngin bölgənin- Qarabağın tamamilə məhv olması, xüsusən də fasiləsiz mədən işlərinin aparılmasıdır. İşğal olunmuş torpaqları məhvə məhkum edən işğalçılar belə davranırlar. Zori Balayan, Silva Kaputikyan kimi erməniizm ideoloqlarına bu torpaqlar əkin üçün lazım idi, onlar belə düşünürdülər: onsuz da biz Çinə çevrilməyəcəyik. Yadımdadır, hələ 1980-ci ildə Leninqrad yazıçısı Fyodor Abramov S.Kaputikyanın kitabına yazdığı icmalda xəbərdarlıq edirdi ki, “bu yanaşma millətçiliyə, hətta nasizmə çevrilə bilər, sonrası isə başqa xalqlar üçün dinamit anbarıdır, zəlzələdir, nəhayət, bu bəla bətnindən çıxdığı xalqın özü üçün də bədbəxtliyə və faciəyə çevrilə bilər”. Ermənilər bu xəbərdarlığa məhəl qoymadılar.
Bu, o demək deyil ki, iki müharibə edən xalq arasında əməkdaşlıq gələcəkdə mümkün deyil. Hər iki tərəfdən çox səy göstərilməlidir, lakin əsas odur ki, şər şər kimi, yaxşılıq və sevgi isə həyatın əbədi mahiyyəti kimi tanınsın”.
Eyni zamanda, “Qarabağın Qanlı Hovuzu” kitabının müəllifi etiraf edib ki, o, həqiqətən də Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinə səfər etmək istəyir.
“Mən 2011-ci ildən Azərbaycanda olmamışam və təbii ki, işğaldan azad edilmiş ərazilərə səfər etməyi arzulayıram. Mən Şuşaya, xarabalığa çevrilmiş, indi yenidən qurulmuş Ağdama, Xocalıya baş çəkmək istəyirəm. Bütün bunlar mənim üçün ən yaxın tarixin və yazımın bir zərrəsinin qaldığı yaddaqalan yerlərdir. Ətrafda getdikcə zəifləmiş gözlərim önündə görünən unudulmaz mənzərələr var. Allah eləsin səfərin baş tutsun və xeyirli olsun. Amma bu, daha çox məndən deyil, yenicə güclənən Azərbaycandan asılıdır. Azərbaycan xalqına ən yaxşısını arzulayıram! Xoşbəxt olun!”, – Yuri Pompeyev deyib.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB