İki məsələ bu prosesin uzanacağına səbəb ola bilər - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya-Ukrayna müharibəsinin belə tez nəticələnəcəyi ilə bağlı gözləntilərin yanlış olduğunu düşünürəm". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, bütövlükdə bu savaş daha əvvəldən uzunmüddətli aqressiyanın nəticəsində ortaya çıxıb: "Bu uzunmüddətli aqressiya davam etdiyi dövrdə tərəflər arasındakı danışıqlarda hər hansı bir silahlı qarşıdurmanı istisna edəcək situasiya ortaya çıxmayıb. Bu baxımdan nə Rusiya tərəfi Ukraynadan istədiklərini əldə etməyib, nə də Ukrayna tərəfi Rusiyanın üzərinə qoyduğu bir sıra məsələlərlə razı olmadığını vurğulayıb. Düşünürəm ki, Ukraynanın Krımla bağlı Rusiyanın qarşısına qoyduğu mövqe, Rusiyanın isə Donetsk, Luqanskla bağlı Ukraynanın üzərinə qoyduğu məsuliyyət çətin qəbul olunan məsələdir. Rusiyanın hərbisizləşdirmə və digər məsələlərlə bağlı Ukraynanın qarşısına qoyduğu tələblər müəyyən vaxt ərzində yerinə yetirilsə də digər iki məsələ bu prosesin uzanacağına səbəb ola bilər. Rusiya ilə Ukrayna arasında danışıqlar prosesi davam edir. Ukraynada müharibədən sonra ziyan görən şəhərlərin bərpası və s. münasibətlərin gərgin qalacağına əsas verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB